27-01-2020, 21:25 Oxunub: 2271

Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub

Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olubƏfqanıstanda Qəndəhar şəhərindən Kabilə gedən “Ariana Afghan Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Qəzni vilayətinin Deh Yak bölgəsində dağlıq əraziyə düşdüyü məlum olub.
Bu barədə “Haber 7” xəbər verib.
Təyyarədə ən azı 83 nəfərin olduğu və hava gəmisinin yerə çırpıldıqdan sonra yandığı vurğulanıb.
Faciənin səbəbləri hələ məlum deyil.
“Ariana News” isə təyyarənin Əfqanıstanın Herat şəhərindən Hindistanın Nyu-Dehli şəhərinə uçduğunu bildirib. Həmçinin, o da vurğulanır ki, göyərtədə 110 nəfər olub.
“Ariana Afghan Airlines” “Facebook” səhifəsində şirkətə məxsus hava gəmilərinin qəzaya uğraması barədə xəbəri təkzib edib.
Qəzni vilayətinin qubernatoru Arif Nuri yerli sakinlərin alov içində olan təyyarəni söndürməyə çalışdığını bildirib. Bununla belə o, təyyarənin sərnişin, yoxsa hərbi təyyarə olduğunun anlaşılmadığını vurğulayıb.
Yanvarın 27-də Qəzni əyalətində qəzaya uğrayan təyyarənin Əfqanıstan ordusuna aid olduğu bildirilib.
Bununla bağlı “RİA Novosti” agentliyi Əfqanıstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Əfqanıstanın mərkəzi hissəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə “TOLO News” özünün “Twitter” səhifəsində bəyan edib.
Məlumata görə, faciə “Taliban”ın nəzarətində olan Qəzni əyalətində qeydə alınıb.
Təyyarə “Ariana Afghan Airlines” şirkətinə məxsus olub. İlkin məlumatlara görə, göyərtədə 83 nəfər var imiş.
Konqoda baş verən təyyarə qəzasında 24 nəfər ölüb Konqoda baş verən təyyarə qəzasında 24 nəfər ölüb Gündəm / Dünya ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var Gündəm / Dünya Əfqanıstanda helikopter qəzaya uğradı - 2 ABŞ hərbçisi öldü Əfqanıstanda helikopter qəzaya uğradı - 2 ABŞ hərbçisi öldü Gündəm / Dünya Rusiyada qəza enişi edən hərbi təyyarədə yanğın başladı Rusiyada qəza enişi edən hərbi təyyarədə yanğın başladı Gündəm / Dünya Azərbaycanda mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var Azərbaycanda mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var Gündəm / Hadisə