ÇOX OXUNANLAR
18-11-2019, 18:31 Oxunub: 4

“Anamızı döymə! Vurma! Toxunma! Anaaa...” - "Qadına şiddətə son!" - VİDEO

“Anamızı döymə! Vurma! Toxunma! Anaaa...” - "Qadına şiddətə son!" - VİDEO

"Anamızı döymə! Vurma! Toxunma! Anaaa...”
Qulagında qalan son səs budur. Uşaqlarının qışqırığı, gözü dönən adamın söyüşləri, acımasız zərbələr və bədənində dəhşətli ağrılar... Sonra isə qaranlıq...
Bu səhnə hər gün təkrarlanır. Hər dəfə bir məkanda, bir ailədə. Ömrünü paylaşdığı, övladına can verdiyi adam onun canını alır...

Noyabrın 29-da Azərbaycanın iş xanımı, YAP Qadınlar Şurasının üzvü, "Liatris Holding”-in rəhbəri Ruhi xanım Əliyevanın şəxsi təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Qadına şiddətə son!” sosial layihəsi bu il də baş tutacaq.

Tədbir "Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.
"Qadına şiddətə son!” adlı sosial layihə çərçivəsində hər il olduğu kimi bu dəfə də cəmiyyətə müxtəlif çağırışlar nəzərdə tutulur.
25 noyabr Qadınlara zorakılığa qarşı Ümumdünya mübarizə günü ərəfəsində təqdim olunacaq layihədə fiziki, mənəvi, psixoloji, iqtisadi və seksual zorakılığa məruz qalan qadınların yaşantıları, baş vermə səbəbləri, insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmasından danışılacaq.

Ələlxüsus, son zamanlar daha çox gündəmi zəbt edən qadına şiddət, qadın ölümləri ilə bağlı müxtəlif sosial çarxlar hazırlanıb. Layihə çərçivəsində təqdim olunacaq çarxlarda, videomateriallarda bu zorakılığın aradan qaldırılması, qadın hüquqlarının, insan hüquqlarının ayrılmaz hissəsi olması ilə bağlı cəmiyyətə çağırışlar ediləcək.

#Səssizsiniz haştaqı ilə ixtiyarınıza verilən bir neçə saniyəlik tizerin davamı noyabrın 29-da baş tutacaq "Qadına şiddətə son!” layihəsində nümayiş olunacaq.

Eyni zamanda "JW Marriott Absheron Baku”da baş tutacaq tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamlarının bu məsələ ilə

BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb Gündəm / Sosial İlham Əliyevdən Bayraq Günü paylaşımı — VİDEO İlham Əliyevdən Bayraq Günü paylaşımı — VİDEO Gündəm / Siyasət Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT Gündəm / Sosial Saxta sürücülük vəsiqəsi hazırlayan dəstə ifşa olundu Saxta sürücülük vəsiqəsi hazırlayan dəstə ifşa olundu Gündəm Qadın hüquq müdafiəçiləri Sərdar Cəlaloğlunun üstünə QALXDILAR Qadın hüquq müdafiəçiləri Sərdar Cəlaloğlunun üstünə QALXDILAR Gündəm / Sosial