ÇOX OXUNANLAR
19-11-2019, 13:12 Oxunub: 26

Bakıda evdən 10 min manata yaxın pul oğurlayan qadın ƏLƏ KEÇDİ

Bakıda evdən 10 min manata yaxın pul oğurlayan qadın ƏLƏ KEÇDİ

Binəqədi rayonunda evlərdən oğurluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluqlar edən şəxs saxlanılıb. Belə ki, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb.
Bölmə əməkdaşaları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron trayon sakini Günay Abdullayevanı saxlalayıblar. O, ifadəsində etdiyi cinayəti etiraf edib.
Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etiyi məlum olub. Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Bir evdən 3 dəfə oğurluq edən dəstə tutuldu Bir evdən 3 dəfə oğurluq edən dəstə tutuldu Gündəm / Hadisə Saxta sürücülük vəsiqəsi hazırlayan dəstə ifşa olundu Saxta sürücülük vəsiqəsi hazırlayan dəstə ifşa olundu Gündəm Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var Gündəm / Kriminal Bakı metrosunun sərnişinlərini hədəfə alan keçmiş məhbus ələ keçdi Bakı metrosunun sərnişinlərini hədəfə alan keçmiş məhbus ələ keçdi Gündəm / Hadisə Oyuncaq tapança ilə hədələyib 200 manat aldı Oyuncaq tapança ilə hədələyib 200 manat aldı Gündəm / Kriminal