İdman
ÇOX OXUNANLAR
26-11-2019, 12:53 Oxunub: 5
ABŞ-ı lərzəyə salan Rusiya raketi ilk dəfə göyərtədə göründü - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatının göyərtəsində ilk dəfə hipersəs sürətli “Sirkon” raketi görüntülənib.
Rusiyanın bu yeni raketi ABŞ-ı lərzəyə salıb və hesab edilir ki, raket Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün ciddi təhdiddir.
Avia.pro saytında yer alan videokadrlara əsasən belə görünür ki, hazırda söhbət bir neçə raketdən gedir. Bu da onu deməyə əsas verir ki, Rusiya həmin raketlərin döyüş rejimində sınaqlarına başlayıb. “Sirkon” raketi yerüstü və dəniz hədəflərini 1000 kilometr məsafədən vura bilir, raketin sürəti 10 min kilometrə çatır.
“Sirkon” raketinin xarakteristikası və imkanları məxfi saxlanılsa da ABŞ-da aydınlaşdırıblar ki, bu raket unikal xüsusiyyətə malikdir. Raket saatda 10 min kilometr sürətlə hətta iri hərbi gəmiyə,, təyyarədaşıyana dəysə onu iki yerə parçalaya, gəmini tamamilə məhv edə bilər.
«The Military Watch Magazine» dərgisinin yazdığına görə “Sirkon” raketinin yüksək manevr qabiliyyəti, radioelektron mübarizə vasitələrinə qarşı ən müasir əks-vasitələrlə təchiz edilməsi onu dünyanın ən qabaqcıl raketdən müdafiə sistemləri üçün belə, əlçatmaz edir. ABŞ-ın “Aegis” raketdən müdafiə sistemlərinin bu raketləri neytrallaşdırmaq imkanı faktiki olaraq yoxdur, çünki raket böyük sürətlə hərəkət edir və yüksək manevr qabiliyyətinə malikdir.(Virtualaz.org)
XƏBƏR LENTİ
14:54 | Qış ilk ayının hava proqnozu 14:37 | “Yalvartmaq lazım deyil!” - Laləni işə götürmürlər 14:24 | “Şəhriyar Teymurdan güclüdür” – Türkan Məmmədyarova 13:52 | Yeni Ombudsmanımız kimdir? - DOSYE 13:40 | Yeni Ombudsman Parlamentdə AND İÇDİ 13:23 | Oqtay Əsədovla Elmira Axundova arasında gərginlik: "Burada iclası siz idarə etmirsiniz" 13:02 | Siyavuş Novruzovun xanımı ombudsman seçildi 12:16 | Azərbaycanda turistlərin ən çox getdiyi RAYONLAR 11:53 | Baş Nazirdən kirayə mənzillər haqda — VACİB QƏRAR 10:42 | Azərbaycana idxal edilən benzinə 15% gömrük rüsumu TƏTBİQ EDİLƏCƏK 10:16 | Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub 23:28 | “Sevilya” - “Qarabağ”: Heyətlər açıqlandı 23:08 | Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR? 22:38 | Vilayət Eyvazov Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxardı - RƏSMİ 22:08 | Biz gələcəyə necə hazırlaşmalıyıq və ya gələcək üçün bacarıqlar nədir? - RƏY 17:15 | Nazir Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDI