26-11-2019, 13:43 Oxunub: 2247

Sabahın havası: 13 dərəcə isti olacaq

Sabahın havası: 13 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 27-də gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında noyabrın 27-də hava yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
Sabah yağış, qar yağacaq - PROQNOZ Sabah yağış, qar yağacaq - PROQNOZ Gündəm / Siyasət 26 dərəcə isti olacaq 26 dərəcə isti olacaq Gündəm / Maraqlı Sabahın hava PROQNOZU Sabahın hava PROQNOZU Gündəm / Maraqlı Sabah 27 dərəcə isti olacaq Sabah 27 dərəcə isti olacaq Gündəm / Sosial Sabah 25 dərəcə isti olacaq Sabah 25 dərəcə isti olacaq Gündəm / Sosial