ÇOX OXUNANLAR
26-11-2019, 16:52 Oxunub: 5

Polisə bıçaqla hücum edən şəxsə hökm oxundu

Polisə bıçaqla hücum edən şəxsə hökm oxundu

Astarada polis əməkdaşına qarşı müqavimətdə, qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Ramil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanunvekirminal.az apa-ya istinadən əbər verir ki, Astara Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən R. Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il rayonun Nizami küçəsi 22 ünvanında yerləşən Mədəniyyət Mərkəzinin qarşısında baş verib.

R. Həsənov sərxoş vəziyyətdə Astara Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Rəhimov Pünhan Sədayıl oğlu ilə aralarında yaranan mübahisə nəticəsində polisə hücum edib. O, P. Rəhimovun xidməti gödəkcəsini və köynəyini dartıb zədələməklə, üzərində gəzdirdiyi ov bıçağı ilə ona xəsarət yetirməyə cəhd edib.

R. Həsənova Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsi zor tədbiq etmə), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib.
Elmar Vəliyevi güllələyən şəxsin istintaqı başa çatdı - MƏHKƏMƏ BAŞLAYIR Elmar Vəliyevi güllələyən şəxsin istintaqı başa çatdı - MƏHKƏMƏ BAŞLAYIR Gündəm / Hadisə "Tapança Adil"ə hökm oxundu Gündəm / Hadisə Deputatın və generalın qohumu məhkəmə qarşısında Deputatın və generalın qohumu məhkəmə qarşısında Gündəm / Sosial Nardaranda DƏHŞƏTLİ QƏTL: Oğul anasını öldürüb, meyitini yandırdı Nardaranda DƏHŞƏTLİ QƏTL: Oğul anasını öldürüb, meyitini yandırdı Gündəm / Kriminal Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdi Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdi Gündəm / Sosial