27-09-2019, 11:33 Oxunub: 2239

Azərbaycanda dövlət bu ərazidəki torpaqları əhalidən alacaq

Azərbaycanda dövlət bu ərazidəki torpaqları əhalidən alacaq

Nazirlər Kabineti "Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Anews.az xəbər verir ki, qərara əsasən, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
Minlərlə insana ŞAD XƏBƏR - Prezident 13,4 milyon manat ayırdı Minlərlə insana ŞAD XƏBƏR - Prezident 13,4 milyon manat ayırdı Gündəm / Siyasət Yeni fond yaradıldı - Baş nazirdən qərar Yeni fond yaradıldı - Baş nazirdən qərar Gündəm / İqtisadiyyat Hökumət gələn ilin büdcəsinə “hə” dedi Hökumət gələn ilin büdcəsinə “hə” dedi Gündəm / İqtisadiyyat Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR Gündəm / Sosial Novruz Məmmədov nazirləri topladı: Vacib iclas Novruz Məmmədov nazirləri topladı: Vacib iclas Gündəm / Siyasət