ÇOX OXUNANLAR
27-11-2019, 14:50 Oxunub: 4

Emre Mor “uğursuz statistika”ya son qoya bilmədi

Emre Mor “uğursuz statistika”ya son qoya bilmədi

İstanbulun “Qalatasaray” klubunun futbolçusu Emre Mor “uğursuz statistika” ilə yadda qalıb.

“Hürriyet” xəbər verir ki, gənc ulduzun meydana çıxdığı mühüm qarışılaşmalarda komandası bir neçə dəqiqə sonra qapısından top buraxıb.

Ötən gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Brügge” ilə qarşılaşmada da oyunçunun “uğursuz statistika”sı davam edib. Belə ki, “Qalatasaray” Emre Morun Yunes Belhandanın yerinə oyuna daxil olmasından bir neçə dəqiqə sonra qapısında qol görüb.

Emre Mor “Beşiktaş”la qarşılaşmanın 68-ci dəqiqəsində oyuna daxil olub və Umut Nayır 69-cu dəqiqədə “Beşiktaş”ı önə keçirən qolu vurub.

Bununla yanaşı, Emre Morun 74-cü dəqiqədə oyuna girdiyi “Başakşehir” qarşılaşmasında da “Qalatasaray” 79-cu dəqiqədə qol buraxıb. Son iki ilin Türkiyə çempionu hər iki qarşılaşmanı minimal hesabla məğlub olub.
"Qalatasaray" "Brügge"yə, "Real" PSJ-yə qarşı - Yenilənir Gündəm / İdman "Qalatasaray"da ciddi itkilər Gündəm / İdman PSJ 1/8 finala yüksəlib, “Qalatasaray” böyük hesabla uduzub PSJ 1/8 finala yüksəlib, “Qalatasaray” böyük hesabla uduzub Gündəm / İdman “Qarabağ”dan möhtəşəm qələbə: 4:1 “Qarabağ”dan möhtəşəm qələbə: 4:1 Gündəm / İdman Tuhel Çempionlar Liqasının tarixinə düşdü Tuhel Çempionlar Liqasının tarixinə düşdü Gündəm / İdman