ÇOX OXUNANLAR
27-11-2019, 15:24 Oxunub: 4

Tramp dinləmələrə dəvət edildi - İmpiçment prosesi

Tramp dinləmələrə dəvət edildi - İmpiçment prosesi

ABŞ-ın Nümayəndələr Palatasının Ədliyyə komitəsi prezident Donald Trampı impiçment prosesi ilə bağlı keçiriləcək dinləmələrə dəvət edib.

Redaktor.az xəbər verir ki, toplantı dekabr ayının 4-də baş tutacaq. Məlumata görə, “Ağ ev” rəhbəri dinləmələrə qatılarsa, şahidlərə suallar vermək hüququ əldə edəcək. Bildirilir ki, Tramp dinləmələrdə iştirak etmək məcburiyyətində deyil. Bu dinləmələrdən sonra Ədliyyə Komitəsi Tramp barəsində məhkəmə prosesinin başlayıb-başlamayacağına qərar verəcək.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.
Tramp: Amerikalıların 75 faizi impiçmentlə razı deyil Tramp: Amerikalıların 75 faizi impiçmentlə razı deyil Gündəm / Dünya Tramp bu qərarını da ləğv etdi Tramp bu qərarını da ləğv etdi Gündəm / Dünya Tramp növbəti dəfə Türkiyəni hədələdi Tramp növbəti dəfə Türkiyəni hədələdi Gündəm / Dünya Donald Trampın əleyhidarlarının sayı artıb Donald Trampın əleyhidarlarının sayı artıb Gündəm / Dünya Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR Gündəm / Dünya