ÇOX OXUNANLAR
27-11-2019, 17:54 Oxunub: 6

“İqbal Ağazadənin evinə girən şəxs ruhi xəstədir” – BAKI POLİSİ

“İqbal Ağazadənin evinə girən şəxs ruhi xəstədir” – BAKI POLİSİ

BŞBPİ: Şəxs ilkin izahatında bildirib ki, İqbal Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı adama məxsus olub və sonradan satılıb



Ümid Partiyasının sədri İqbal Ağazədə, təxribatla üzləşdiyi barədə bəyanat yayıb və polis orqanlarına müraciət etdiyini bildirib. Partiya sədri şikayətinin ətraflı araşdırılmadığını deyib: “Təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsildi, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarıldı. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək olayın araşdırılmasını xahiş etdim. Ərizəmə videogörüntüləri də əlavə etmişdim, hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi”.



“Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu (Nunçaku) var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla professional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə suallara heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil”, - Ağazadə vurğulayıb.



“Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermişəm (Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi). Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq. Hüquq-mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılması üçün lazımi tapşırıq verməsini xahiş edirəm”, - deyə partiya sədri əlavə edib.



AYNA məsələ ilə bağlı İ.Ağazadə ilə əlaqə saxlayıb və bəzi mətləblərə aydınlıq gətirməyə çalışıb. Məsələn, idmançı və əlində özünümüdafiə vasitəsi olan birini rahatlıqla necə saxlayıb polis təhvil vermək olar?



Partiya sədri məsələyə qısaca belə cavab verib: “Həmin şəxsi özüm yaxaladım. Aramızda yüngül qarşıdurma oldu, müqavimət göstərdi. Lakin saxladım onu. Polisə lazım olan bütün faktları təqdim etmişəm və operativ tədbir gözləyirəm”.



Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev baş verənlərlə bağlı AYNA-nın sorğusunu cavablandırıb. Cavabı təqdim edirik:



“Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektrik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər görülüb. Noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib.



İ.Ağazadə elektrik naqilini kəsən, 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər. İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilib ki, V.Yuriyeviç 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır.



Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.



Faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir”.
Gecə saatlarında evdən çıxan qadın itkin düşdü Gecə saatlarında evdən çıxan qadın itkin düşdü Gündəm / Kriminal Bakıda evdən 10 min manata yaxın pul oğurlayan qadın ƏLƏ KEÇDİ Bakıda evdən 10 min manata yaxın pul oğurlayan qadın ƏLƏ KEÇDİ Gündəm / Hadisə BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb Gündəm / Sosial Azərbaycanda partiya sədri DTX rəisindən KÖMƏK İSTƏDİ Azərbaycanda partiya sədri DTX rəisindən KÖMƏK İSTƏDİ Gündəm Jurnalistlərə və hüquq-mühafizə orqanlarına mitinqlə bağlı — ÇAĞIRIŞ Jurnalistlərə və hüquq-mühafizə orqanlarına mitinqlə bağlı — ÇAĞIRIŞ Gündəm / Sosial