27-11-2019, 18:28 Oxunub: 2266

Rusiya ilə Britaniya arasında müharibə başlayarsa... - HESABAT


Rusiya ilə müharibə olacağı təqdirdə Böyük Britaniya kasetli bombalar barədə müzakirələrə qayıtmağı düşünə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Kral Birləşmiş Xidmətlər İnstitutunun yeni hesabatında deyilir.

Hesabatda bildirilir ki, gələcəkdə hər hansı münaqişə baş versə, Rusiya düşmən artilleriyasına qarşı əməliyyatları keçirəcək və bu, Böyük Britaniyanın silahlı qüvvələri üzərində üstünlüyün qazanılmasına gətirib çıxaracaq.


“Bu isə ingilis silahlarını və manevr edilə bilən bölmələri immobilizasiya etməyə və sıxışdırmağa imkan verəcək. Bu da Britaniya bölmələrinin hərtərəfli məğlubiyyətinə səbəb olacaq”, - deyə hesabatda qeyd olunub.

Təklif edilir ki, Britaniyanın Müdafiə Nazirliyi ən səmərəli, eyni zamanda bahalı ehtiyat silah fondlarına sərmayə qoymalıdır.

Hesabatın müəllifi Cek Uatlinq hesab edir ki, quru qoşunlarının rəhbərliyi artilleriyanın əhəmiyyətini dərk edir və onun modernləşdirilməsində maraqlıdır.

Bununla belə düşünür ki, Britaniya hökumətinin bütövlükdə bu mövqeyi bölüşüb-bölüşməməsi bəlli deyil.

Onun sözlərinə görə, Britaniya tank əleyhinə silahları yaxşı vəziyyətdə saxlamalı və “Kasetli Silahlara dair” Konvensiyanın müddəalarını yenidən nəzərdən keçirməlidir.

2008-ci ilin dekabrında Osloda imzalanan Konvensiya zərərli elementləri geniş əraziyə yayan partlayıcı silahlardan istifadə etmək, onları ötürmək və saxlamağı qadağan edir.

Bu günə qədər 108 ölkə Konvensiyaya imza atıb. Amma Çin, Rusiya, ABŞ, Hindistan, İsrail, Pakistan və Braziliya kimi ölkələr Konvensiyaya qarşıdır.

Kasetli bombalar quru qoşunları və hava qüvvələri tərəfindən istifadə edilə bilər. Bu bombalarn prinsipi düşmən əsgərləri, nəqliyyat vasitələrini dayandırmaq üçün geniş əraziyə çox sayda element səpməkdir.

Bu cür bombalar həm hərbi, həm də mülki hədəflərə zərbələr endirə bilər. Yəni, mülki şəxslərə də təhlükə yaradır.

Uotlinq bildirir ki, Britaniya ordusu zirehli texnikalar parkını dəyişdirdikdən sonra, 2020-ci illərin ortalarında artilleriyanı bərpa etməyə çalışacaq.
ABŞ-ı lərzəyə salan Rusiya raketi ilk dəfə göyərtədə göründü - FOTO ABŞ-ı lərzəyə salan Rusiya raketi ilk dəfə göyərtədə göründü - FOTO Gündəm / Dünya Rusiya Suriyada hərbçilərinin və texnikasının sayını artırır Rusiya Suriyada hərbçilərinin və texnikasının sayını artırır Gündəm / Dünya Doğu Perinçek: Rusiya öz gücündən istifadə edəcək və Qarabağın işğalına son veriləcək - MÜSAHİBƏ Doğu Perinçek: Rusiya öz gücündən istifadə edəcək və Qarabağın işğalına son veriləcək - MÜSAHİBƏ Gündəm / Dünya Rusiyanın YENİ PLANI - Putin göstəriş verdi Rusiyanın YENİ PLANI - Putin göstəriş verdi Gündəm / Dünya Çavuşoğlunun Suriya ilə bağlı açıqlaması Rusiyada təəccübə səbəb olub Çavuşoğlunun Suriya ilə bağlı açıqlaması Rusiyada təəccübə səbəb olub Gündəm / Dünya