ÇOX OXUNANLAR
28-11-2019, 11:53 Oxunub: 5

Bavariyadan 300 azərbaycanlı deportasiya edildi

Bavariyadan 300 azərbaycanlı deportasiya edildi

Son iki həftə ərzində Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.

Sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.

Gecə saatlarında Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları deportasiya üçün onları Münhen hava limanına aparıblar.

Deportasiya olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdirlər.

Onların arasında könüllü sığınacaq istəyini geri götürüb Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da yaxın günlərdə Avropada qanunsuz yaşayan daha 1385 nəfərin readmissiya ilə Azərbaycana qaytarılacağının anonsunu vermişdi./report/
Azərbaycanlı Rusiyada qurban kəsdiyi üçün deportasiya olundu Azərbaycanlı Rusiyada qurban kəsdiyi üçün deportasiya olundu Gündəm / Sosial Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub Gündəm / Dünya "Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib" - AÇIQLAMA Gündəm Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI Gündəm / Siyasət SOCAR-dan əlillərlə bağlı açıqlama - RƏSMİ SOCAR-dan əlillərlə bağlı açıqlama - RƏSMİ Gündəm