27-09-2019, 13:59 Oxunub: 2273

Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq

Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Sabahın hava proqnozu Sabahın hava proqnozu Gündəm / Sosial Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi Gündəm Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin! Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin! Gündəm / Maraqlı 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq Gündəm / Maraqlı Hər kəs gecə vaxtı çəkilən bu görüntülərdən danışır - VİDEO Hər kəs gecə vaxtı çəkilən bu görüntülərdən danışır - VİDEO Gündəm / Video