ÇOX OXUNANLAR
28-11-2019, 22:08 Oxunub: 5

Biz gələcəyə necə hazırlaşmalıyıq və ya gələcək üçün bacarıqlar nədir? - RƏY

Biz gələcəyə necə hazırlaşmalıyıq və ya gələcək üçün bacarıqlar nədir? - RƏY
İnnovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova "Biz gələcəyə necə hazırlaşmalıyıq və ya gələcək üçün bacarıqlar nədir?" adlı məqalə yazıb. "Report" həmin məqaləni təqdim edir:

Hamımız bilirik ki, dünya artıq əvvəlki deyil. 5 il bundan əvvəl bu gün iş həyatında vacib sayılan bacarıqların 1/3 hissəsindən çoxu artıq aktual sayılmır. Cənab Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı səsləndirdiyi əhəmiyyətli tezislər əslində rəqəmsallaşma, biliklər və iqtisadiyyatla bağlı məsələlər baxımından çox aktualdır. Dövlət başçısı çıxışında çox haqlı olaraq dedi ki, əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Sitat: "Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq".

Son illər Dördüncü Sənaye İnqilabı həyatımıza robotexnika, süni intellekt və maşın öyrənməsi, yeni texnologiyalar gətirdi. Süni intellekt, 3D çap və qabaqcıl materiallar hələ istifadənin ilk mərhələsindədir, lakin dəyişiklik tempi sürətlənəcəkdir. Bu dəyişikliklər yaşam və iş həyatına kifayət qədər kritik transformasiya edir və bu proses artıq həyatımızın hər addımında hiss olunur. Bu proseslərdən sonra bəzi işlər tamamilə yox olacaq, digərləri inkişaf edəcək və bu gün mövcud olmayan işlər adiləşəcək. Vacib olan odur ki, addım atmaq üçün gələcək iş həyatında biliklərdən çox, bacarıqlar üstünlük daşıyacaq.

Bəs nədir gələcəyin bacarıqları?

"The Future of Jobs" biliklərə yox, bacarıqlara gələcəyin əsas amili kimi baxır. Yeni rəqəmsal dünyanın tələbləri ilə yeni dünyanın fəaliyyət sahələri daha çox insanın yaradıcılıq, kreativ və tənqidi düşüncə potensialına söykənir.

Biz gələcəyə necə hazırlaşmalıyıq və ya gələcək üçün bacarıqlar nədir? - RƏYHANSI BACARIQLAR DAHA ÇOX DƏYİŞƏCƏK ?

Dünya İqtisadi Formunun (WEF) cəmiyyətlərin gələcəyi ilə bağlı araşdırmaları göstərir ki, insanların düzəltdiyi süni intellekt maşınları 2026-cı ilə qədər artıq şirkətlərin idarə heyətinin tərkibinə daxil olacaq. Digər nəticələrə görə, 2015-ci ildə dünyada aktual və tələb sayılan bacarıqların əksəriyyətinin yerini 2030-cu ildə tamamilə yeni bacarıqlar alacaq. İşçilər üçün bacarıqlar üçlüyünün zirvəsində kreativlik olacaq. Yeni məhsullar, yeni texnologiyalar və yeni işləmə metodları ilə işçilər bu dəyişikliklərdən fayda qazanmağa və kreativ olmağa çalışacaqlar. Robotlar bizə nəyəsə daha tez nail olmağa yardım edəcəklər, lakin onlar insanlar qədər kreativ olmayacaqlar.

Eynilə bu gün əsas bacarıq hesab olunan aktiv dinləmə bacarığı "ilk 10luq"dan tamamilə yox olacaq. Bu gün "ilk 10"a daxil olmayan emosional zəka hamının ehtiyac duyduğu ən yaxşı bacarıqlardan biri olacaq. Eyni zamanda gələcəyin bacarıqları siyahısında əsas yerlərdən birini rəqəmsal savad və hesablama, analiz edə bilmə düşüncəsi tutacaqdır.

Dəyişmənin xarakteri, təbii ki, artıq biznesin bütün sahələrində və bizneslə bağlı bacarıqlarda da özünü göstərir. Maliyyə xidmətləri və investisiya sektorunda yeni dövrün tələblərinə və bacarıqlarına uyğun köklü şəkildə dəyişikliklər gedir. Satış və istehsal sahəsində işləyənlərin texnoloji savad kimi yeni bacarıqlara da ehtiyacı olacaqdır. Mobil internet və bulud texnologiyası artıq işləməyimizə, işləmə vərdişlərimizə təsir göstərir.

Biz gələcəyə necə hazırlaşmalıyıq və ya gələcək üçün bacarıqlar nədir? - RƏYBir məsələ də önəm daşıyır ki, rəqəmsallaşmanın və innovasiyalaşmanın əsas aparıcı drayveri məhz bacarıqlardır, əmək bazarının müasir tələblərinə cavab verən əmək kapitalıdır. Həm dünyada, həm ölkəmizdə gedən bu çağırışlar yeni bacarıqların ölkəmizdə formalaşması üçün yeni imkanlar yaradır. Bütün bu dəyişikliklər fonunda ölkəmizdə formalaşan əmək bazarına gələcəyin bacarıqlarının formalaşdırılması istiqamətində hazırda həm dövlət səviyyəsində, həm biznes təşəbbüskarlığı, həm də fərdi səviyyələrdə işlərə başlanılmışdır. Bu proses yalnız dövlət-biznes və elmin birgə əməkdaşlığı və dialoqu halında uğuru təmin edəcəkdir. Eyni zamanda bu prosesdə əsas vəzifə və məsuliyyət universitetlərin və təhsil müəssisələrinin üzərinə düşür. Biz artıq yeni formalaşan gənclikdə yaradıcı düşüncənin, yenilikçi təşəbbüslərin təbliği, sahibkarlıq bacarıqlarının formalaşması istiqmətində məsələlərə xüsusi diqqət ayırmalıyıq. Ölkəmizin innovasiya potensialının yüksəlməsi belə birbaşa bu məsələlərdən asılıdır. Təhsil və tədris proseslərimiz yeni dünyanın çağırışlarına uyğun transfer həyata keçirməli və burada proseslərin mərkəzində gələcək bacarıqlara sahib olan, mütərəqqi insan modeli dayanmalıdır.

Biz bir şeyi başa düşməliyik ki, gələcəyi istədiyimiz kimi qurmaq istəməyin əsas addımı bu gündən - onu necə xəyal etməklə və doğru strateji qərarlar almaqla - başlayır. Əgər cənab Prezidentin də bu məsələyə olan xüsusi mövqeyini də nəzərə alsaq, başa düşməliyik ki, dəyişiklik bizi gözləməyəcək. Biznes rəhbərləri, təhsil verənlər, dövlət təşkilatları - bunların hamısının Dördüncü Sənaye İnqlabından faydalana bilməsi üçün insanlarda yeni bilik və bacarıqları inkişaf etdirmək və yenidən hazırlamaqda fəal olmalıdırlar.
İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Gündəm / Siyasət Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!” Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!” Gündəm / Siyasət Azərbaycanda nazirin istefa xəbəri yayıldı - FOTO Azərbaycanda nazirin istefa xəbəri yayıldı - FOTO Gündəm / Siyasət Eks-prezident Ayaz Mütəllibovdan kadr islahatlarına reaksiya Eks-prezident Ayaz Mütəllibovdan kadr islahatlarına reaksiya Gündəm / Siyasət Sabah bir neçə rayonda qaz olmayacaq Sabah bir neçə rayonda qaz olmayacaq Gündəm / Sosial