27-09-2019, 14:28 Oxunub: 2241

Türkiyədə bir çox terror aktının təşkilatçısı öldürüldü - FOTO

Türkiyədə bir çox terror aktının təşkilatçısı öldürüldü - FOTO

Sentyabrın 14-də Türkiyənin Van bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 5 PKK-lı zərərsizləşdirilib.

“Anadolu” agentliyi verdiyi xəbərə görə, həmin terrorçulardan birinin “Artos” ləqəbli Bayram Başkala olduğu müəyyənləşdirilib.

Bildirilir ki, Daxili İşlər Nazirliyi onun adını “qara siyahı”ya salaraq tutulması üçün 300 min lirə ayırıb.

O, 2015 və 2018-ci illərdə Van-Çatak, Çatak-Bahçesaray və Çatak-Siirt avtomobil yollarına bomba yerləşdirərək törədilən terror aktlarının təşkilatçısı olub.

Bundan başqa, Başkala 2016-cı ildə 2 təhlükəsizlik mühafizəçisi və 2017-ci ildə 1 starşinanın şəhid olması ilə nəticələnən teraktları törədib.(Qafqazinfo)
Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı / FOTOLAR Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı / FOTOLAR Gündəm SOCAR ötən il emal etdiyi neftin həcmini açıqlayıb SOCAR ötən il emal etdiyi neftin həcmini açıqlayıb Gündəm / İqtisadiyyat SOCAR bu il qaz hasilatını 8% artıracaq - PROQNOZ SOCAR bu il qaz hasilatını 8% artıracaq - PROQNOZ Gündəm / İqtisadiyyat Azərbaycanda boşananların çoxu 5 ilə qədər evli olanlardır Azərbaycanda boşananların çoxu 5 ilə qədər evli olanlardır Gündəm / İdman Bakı dönərxanalarını kilosu 50 qəpiyə leş ət bürüyüb - FOTO Bakı dönərxanalarını kilosu 50 qəpiyə leş ət bürüyüb - FOTO Gündəm