15-01-2020, 18:42 Oxunub: 5

Nərminin anası: Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm, bizi Bakıya köçürün

Nərminin anası: Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm, bizi Bakıya köçürünİstəyirəm ki, tezliklə balamın qatili cəzalandırılsın. O, ən ağır cəzaya layiqdir. Yandırılıb edam olunmalıdır.
Bu sözləri vəhşicəsinə qətlə yetirilən Nərmin Quliyevanın yeddi mərasiminə qatılmaq üçün Tovuza ezam olunan News24.az-ın müxbirinə açıqlamasında mərhum azyaşlının anası Aynurə İsmayılova bildirib.
O, qızının qətli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib:
“Cənab Prezidentimiz İlham Əliyev! Bilirəm ki, həm Siz, həm də Mehriban xanım uşaqlara xüsusi qayğı ilə yanaşır, onları sevib qoruyursunuz. Ona görə də Sizdən kömək istəyirəm. Bizim Tovuzdan Bakıya köçüb yerləşməyimizə yardım edin.
Qalan iki övladıma görə çox qorxuram. Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm. Qızım o evdə yanıb. Ona orada zülm eləyib, başını daşla əziblər. Sizdən övladımın qatilinin, bu işdə ona kömək edənlərin ən ağır cəza almasına göstəriş verməyinizi xahiş edirəm”.
Nərminin ailəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bakıya köçürülmələri ilə bağlı müraciəti yazılı şəkildə də ünvanlayıb.
Qaçırılan 11 yaşlı Nərminlə bağlı YENİ XƏBƏR Qaçırılan 11 yaşlı Nərminlə bağlı YENİ XƏBƏR Gündəm / Sosial “MƏN PULUMU SİZDƏN İSTƏYİRƏM, CƏNAB GENERAL” – İş adamı Bəylər Əyyubova müraciət etdi “MƏN PULUMU SİZDƏN İSTƏYİRƏM, CƏNAB GENERAL” – İş adamı Bəylər Əyyubova müraciət etdi Gündəm "Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət Gündəm / Sosial Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!” Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!” Gündəm / Siyasət Riberi hakimi itələdi - Ağır cəza gözləyir Riberi hakimi itələdi - Ağır cəza gözləyir Gündəm / İdman