1-10-2019, 11:15 Oxunub: 2245

Azərbaycanda hərbi xidmətə çağırış başladı

Azərbaycanda hərbi xidmətə çağırış başladı

Azərbaycan vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanılır.

Oxu.az məlumat verir ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


Həmçinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə utulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı avqustun 28-də sərəncam imzalamışdı.
Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR Gündəm / Sosial 4 hərbi yük maşını toqquşub: 1 ölü, 14 yaralı var 4 hərbi yük maşını toqquşub: 1 ölü, 14 yaralı var Gündəm / Dünya Paşinyanın oğlunu Qarabağda döydülər Paşinyanın oğlunu Qarabağda döydülər Gündəm / Dünya Əfqanıstanda silahlı qarşıdurma - 40 terrorçu məhv edildi Əfqanıstanda silahlı qarşıdurma - 40 terrorçu məhv edildi Gündəm / Dünya “5 milyarda 5 rayon razılaşdırılıb” – Rusiya mediasından SENSASİON İDDİA “5 milyarda 5 rayon razılaşdırılıb” – Rusiya mediasından SENSASİON İDDİA Gündəm / Dünya