4-10-2019, 11:16 Oxunub: 2274

“Qarabağ”dan möhtəşəm qələbə: 4:1

“Qarabağ”dan möhtəşəm qələbə: 4:1

Modern.az xəbər verir ki, “Düdelanj” - "Qarabağ" oyunu yekunlaşıb. Matçın 90-cı dəqiqəsində meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. Bu dəfə Bernier fərqlənib - 1:4. Beləliklə komandamız səfərdə böyükhesablı qələbə qazanıb.





***





"Qarabağ"ın rəqibi azlıqda qalıb. Oyunun 62-ci dəqiqəsində "Düdelanj"ın oyunçusu Mikael Qaros ikinci sarı vərəqədən sonra meydandan qovulub.



Bundan sonra daha bir neçə real qol imkanı əldə edən "Qarabağ" 69-cu dəqiqədə istəyinə çatıb. Dani Kintana komandasının 4-cü qolunu vurub - 4:0





***



“Düdelanj” - "Qarabağ" oyunda daha bir qol vurulub.



Modern.az xəbər verir ki, oyunun 36-cı dəqiqəsində "Düdelanj"ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Riçard Almeyda hesabı komandamızın xeyrinə 3:0 edib.



***



“Düdelanj” - "Qarabağ" oyunu 25 dəqiqəlik fasilədən sonra davam etdirilir.



***



Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" - “Qarabağ” oyununda hesab dəyişib.

Modern.az xəbər verir ki, Lüksemburqda keçirilən matçın 30-cu dəqiqəsindən Ağdam təmsilçisi ikinci dəfə fərqlənib. Bu dəfə Miçel komandasının ikinci qolunu vurub .



***



UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində Lüksemburqda keçirilən "Düdelanj" - "Qarabağ" oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Abdulla Zubir fərqlənib.

Oyunu BURADAN canlı olaraq izləyə bilərsiniz.
"Qarabağ"ın oyununda təxribat törədən erməni görün kim imiş - ŞOK FAKTLAR "Qarabağ"ın oyununda təxribat törədən erməni görün kim imiş - ŞOK FAKTLAR Gündəm / Sosial “Qarabağ”ın oyununda təxribat törədənlərin GÖRÜNTÜLƏRİ “Qarabağ”ın oyununda təxribat törədənlərin GÖRÜNTÜLƏRİ Gündəm / Sosial “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı AFFA-nın — BƏYANATI “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı AFFA-nın — BƏYANATI Gündəm / İdman "Neftçi" üç, “Qarabağ” iki cavabsız qolla qələbə qazanıb "Neftçi" üç, “Qarabağ” iki cavabsız qolla qələbə qazanıb Gündəm / İdman "Beyl Azərbaycanın qapısına qələbə qolumuzu vurmuşdu" - Giqqz "Beyl Azərbaycanın qapısına qələbə qolumuzu vurmuşdu" - Giqqz Gündəm / İdman