4-10-2019, 15:15 Oxunub: 2252

"Qarabağ"ın oyununda təxribat törədən erməni görün kim imiş - ŞOK FAKTLAR

"Qarabağ"ın oyununda təxribat törədən erməni görün kim imiş - ŞOK FAKTLAR

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona Qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20-25 dəqiqəlik fasilə yaranıb.
Axeber.az bildirir ki, sportal.az-ın araşdırmasına görə, məsuliyyəti "Ultra-qrup birinci Ermənistan cəbhəsi" üzərinə götürüb. Dəstənin Spartak ləqəbi ilə tanınan başçısı bu hadisəni reallaşdırıb.

Spartakın əsl adı Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır.
Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda "Arsenal"la keçirilmiş matçda da təxribat törətmişdi.

O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma "Dağlıq Qarabağın" bayrağı ilə meydana çıxmışdı. Spartak 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olmuşdu.

Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağandır.
“Qarabağ”dan möhtəşəm qələbə: 4:1 “Qarabağ”dan möhtəşəm qələbə: 4:1 Gündəm / İdman “Qarabağ”ın oyununda təxribat törədənlərin GÖRÜNTÜLƏRİ “Qarabağ”ın oyununda təxribat törədənlərin GÖRÜNTÜLƏRİ Gündəm / Sosial “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı AFFA-nın — BƏYANATI “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı AFFA-nın — BƏYANATI Gündəm / İdman "Qarabağ" "Zirə"yə qarşı - Yenilənir "Qarabağ" "Zirə"yə qarşı - Yenilənir Gündəm / İdman Tuhel Çempionlar Liqasının tarixinə düşdü Tuhel Çempionlar Liqasının tarixinə düşdü Gündəm / İdman