İdman
ÇOX OXUNANLAR
4-10-2019, 17:02 Oxunub: 2258
“Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı AFFA-nın — BƏYANATI
UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununda siyasi təxribata yol verilib.
"Ölkə.Az" xəbər verir ki, oyunun 30-cu dəqiqəsində, “Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda olub. Üzərində separatçı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. “Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.
Futbol – qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. “Josy Barthel” stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır və ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək.
AFFA “Qarabağ” komandasının futbolçularına təxribata uymadıqlarına, emosiyalarına nəzarət etdiklərinə və peşəkar davranışlarına görə təşəkkür edir. Komanda UEFA-nın dəyərlərinə əsil ehtiramını nümayiş etdirdi: hakimin qərarına hörmət, rəqibə hörmət, azarkeşlərə hörmət!
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Erməni silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan tarixi torpaqlarının bir hissəsini itirib, 1 milyondan artıq həmvətənimiz uzun illərdir ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyəti qarşısında qalıb. “Qarabağ” futbol dünyasında azsaylı klublardan biridir ki, siyasi münaqişə üzündən, erməni silahlı birləşmələrinin işğalı ucbatından ev oyunlarını doğma stadionunda, təmsil etdiyi Ağdam rayonunda keçirə bilmir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bütün futbol oyunlarının FIFA və UEFA-nın müəyyənləşdirdiyi dəyərlərə hörmət ruhunda keçirilməsini dəstəkləyir, futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir!
XƏBƏR LENTİ
15:36 | İlham Əliyev Rusiya prezidentinə məktub göndərdi 15:33 | NATO Azərbaycanı seçir və ya bədxassəli aktorlara qarşı birgə “əməliyyat” - TƏHLİL 15:32 | Nazirlər Kabinetindən inflyasiya ilə bağlı AÇIQLAMA 12:28 | VƏTƏNDAŞIN SALINDIĞI PROBLEM 21:13 | Suraxanı rayonunda Şəhid Muxtar Qasımlının Ad günü qeyd olundu. 21:00 | Beynəlxalq Hüquq Eksperti, Zalov İmza TV- Alyansın rəhbəri, İsrail- Azərbaycan ŞAHDAĞ Təşkilatının, Azərbaycan üzrə rəsmi nümayəndəsi, İsmayıl Zalov medalla təltif olundu 12:53 | Gənclərin I Regional Biznes Forumu baş tutub 21:06 | Şəmkir rayonu Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbin uğurları ildən-ilə artır 16:27 | Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir 13:12 | Prezident bir qrup gənci təltif etdi - SİYAHI 12:28 | Milli Məclisin sədri Avropa ölkələrinin parlamentlərinə çağırış edib 12:25 | İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 12:23 | Tarixi seçkiyə hazırlıq “Haber Global”ın obyektivində 21:49 | DİN-in Səbail Rayon Polis İdarəsi xidməti vəzifələrini əzmlə və yüksək səviyyədə yerinə yetirir 12:50 | Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin 12:29 | İpək Yolu MMC-nin əlmakını talayan mühasib kimdir? İDDİA