8-10-2019, 19:43 Oxunub: 2256

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105019753 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.5675 AZN (10 faiz) və 101.1032 AZN (6.9 faiz) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.5496 AZN (7.2 faiz), orta ölçülmüş qiyməti 100.7165 AZN (7.1093 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 milyon 833 min 900 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon AZN təşkil edib.

İstiqrazlar 2021-ci il oktyabrın 5-də ödəniləcək.
SOCAR ötən il emal etdiyi neftin həcmini açıqlayıb SOCAR ötən il emal etdiyi neftin həcmini açıqlayıb Gündəm / İqtisadiyyat Hökumət gələn ilin büdcəsinə “hə” dedi Hökumət gələn ilin büdcəsinə “hə” dedi Gündəm / İqtisadiyyat Minlərlə insana ŞAD XƏBƏR - Prezident 13,4 milyon manat ayırdı Minlərlə insana ŞAD XƏBƏR - Prezident 13,4 milyon manat ayırdı Gündəm / Siyasət Avtomobili olanlara BƏD XƏBƏR: bu rüsum 50 FAİZ ARTIRILIR Avtomobili olanlara BƏD XƏBƏR: bu rüsum 50 FAİZ ARTIRILIR Gündəm / İqtisadiyyat Novruz Məmmədov nazirləri topladı: Vacib iclas Novruz Məmmədov nazirləri topladı: Vacib iclas Gündəm / Siyasət