9-10-2019, 10:42 Oxunub: 2209

Bu rayonlarda qaz təchizatı dayandırılacaq

Bu rayonlarda qaz təchizatı dayandırılacaq

Oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək.

Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.
Bu rayonların qaz təchizatı dayandırılır Bu rayonların qaz təchizatı dayandırılır Gündəm / Maraqlı Bu ərazilərdə qaz təchizatı dayandırılır Bu ərazilərdə qaz təchizatı dayandırılır Gündəm / Sosial “Azəriqaz”: Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri başa çatıb “Azəriqaz”: Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri başa çatıb Gündəm / İqtisadiyyat 7 ildir tikilən metro: açılış niyə yubanır? - RƏSMİ CAVAB 7 ildir tikilən metro: açılış niyə yubanır? - RƏSMİ CAVAB Gündəm / Sosial Kiyev meriyasında qarət: deputatdan 32 min dollarlıq saat oğurlandı Kiyev meriyasında qarət: deputatdan 32 min dollarlıq saat oğurlandı Gündəm / Dünya