9-10-2019, 15:11 Oxunub: 2288

"Aksiya zamanı polislər nümunəvi davranış sərgilədilər" - RƏYLƏR

"Aksiya zamanı polislər nümunəvi davranış sərgilədilər" - RƏYLƏR

“Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında keçirdiyi piketdə polislər nümunəvi davranış sərgilədilər. Onlar vətəndaşları asayişi, qanunu pozmamağa çağırırdılar. Piketdən çəkilən kadrlara baxdım, polislərin vətəndaşlarla davranışı məndə müsbət təəssürat yaratdı”.

Bunu “Report”a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu piketdə təhlükəsizliyin qorunması üçün qadın polislərin cəlb edilməsini müsbət qiymətləndirib: “Ümumiyyətlə, qadın polislərin olması çox yaxşıdır. Məsələn, bu cür aksiyalara, məişət zoralığının qarşısının alınması ilə bağlı məsələlərə qadın polislərin cəlb olunması yaxşı haldır. Çünki problemi qadın daha asan həll edir”.

Hüquq müdafiəçisi qeyd edib ki, Bakının mərkəzində piketin keçirilməsinə razılıq verilməsi düzgün addımdır: “Sadəcə, müxalifət nümayəndələri də polislə davranış qaydalarını bilməlidirlər. Özümü misal çəkim, əvvəlki etiraz aksiyalarında çalışırdıq, polisin üstünə gedək. Doğrudan da, belə olub. Bir-birimizə qarşı hörmətlə davranmağı öyrənməliyik. Yəqin ki, zamanla bu da qaydasına düşəcək”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə “Report”a açıqlamasında deyib ki, bütün ictimai tədbirlərdə olduğu kimi, müxalifət partiyalarından birinin oktyabrın 8-də keçirdiyi piketdə də polislər insanlara qarşı nəzakətlə davrandılar.

Deputat vurğulayıb ki, müxalifətə piketin keçirilməsi üçün hər bir şərait yaradılıb, piket iştirakçıları vətəndaş kimi hüquqlarından istifadə ediblər: “Piketə təxribat niyyəti ilə gələn insanlar da vardı. Bir qrup şəxs ictimai asayişi pozmağa, piketin təyin edildiyi yerdən kənarda razılaşdırılmamış mitinq keçirməyə cəhd edirdi. Polis bunun qarşısını aldı. Piketdə təhlükəsizliyin qorunması üçün qadın polislərin cəlb edilməsi, insanlara lazımi izahatların verilməsi müsbət qiymətləndirilməlidir. Bir sözlə, polis işinin öhdəsindən yüksək səviyyədə gəldi. Piketi təşkil edənlər öz üzərlərinə düşən vəzifəni yerinə yetirmək istəmirdilər. Yəni tərəfdarlarını intizama dəvət etmədilər, polislə toqquşmaya cəhd etdilər... Bütün bunlar göstərir ki, onların məqsədi hansısa məsələyə etirazlarını bildirmək deyil, piket ətrafında siyasi şou yaratmaqdır. Amma bu, alınmadı, qarşılarına qoyduqları məqsədə çata bilmədilər”.
Bakıda tapança ilə gəzən qadın tutuldu – RƏSMİ MƏLUMAT Bakıda tapança ilə gəzən qadın tutuldu – RƏSMİ MƏLUMAT Gündəm / Kriminal Bakıda DƏHŞƏT: Qadın qatarın altında qaldı Bakıda DƏHŞƏT: Qadın qatarın altında qaldı Gündəm / Hadisə Məcid Hüseynovdan ŞOK QƏRAR: Qadın deyib, kişini çıxardı Məcid Hüseynovdan ŞOK QƏRAR: Qadın deyib, kişini çıxardı Gündəm / Mədəniyyət Falçı olimpiya çempionunun başına oyun acdı - Şok Falçı olimpiya çempionunun başına oyun acdı - Şok Gündəm / Maraqlı Azərbaycanlı xanımın adı ən nüfuzlu insanları siyhısına salındı - Foto Azərbaycanlı xanımın adı ən nüfuzlu insanları siyhısına salındı - Foto Gündəm / Maraqlı