10-10-2019, 14:14 Oxunub: 2275

Bakı Musiqi Akademiyasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib

Bakı Musiqi Akademiyasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ((BMA) böyük zalında “İtaliya və Azərbaycan musiqi mədəniyyəti həftəsi” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə İtaliyanın Padua Musiqi Konservatoriyası və İtaliyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, BMA-nın tələbələri, müəllim heyəti iştirak edib.

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yeganə Axundova İtaliyadan gələn qonaqları salamlayaraq, akademiya ilə olan sıx əməkdaşlıqlarından söz açıb. O, bu əməkdaşlığın uzunmüddətli olmasını arzulayaraq bütün qonaqlara təşəkkürünü bildirib.

Sonra konsert proqramı təqdim olunub. Proqramda Bakı Musiqi Akademiyasının nəfəs alətləri ansamblı və tələbə simfonik orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri dinlənilib. BMA-nın İfaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Kamran Məmmədov solist olaraq çıxış edib.

Konsert proqramı BMA-nın tələbə simfonik orkestrinin ifasında (dirijor C.Tağızadə) görkəmli bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri ilə yekunlaşıb.
“Müfəttiş” nümayiş ediləcək “Müfəttiş” nümayiş ediləcək Gündəm / Mədəniyyət Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub Gündəm / Mədəniyyət Azərbaycanlı tələbə ABŞ professorunun assistenti oldu Azərbaycanlı tələbə ABŞ professorunun assistenti oldu Gündəm / Sosial "Tualet kağızı da məşhurdur" - Faiq Ağayevdən qəribə müqayisə "Tualet kağızı da məşhurdur" - Faiq Ağayevdən qəribə müqayisə Gündəm / Maraqlı Prezident onlara fəxri adlar verdi Prezident onlara fəxri adlar verdi Gündəm / Siyasət