23-09-2019, 17:42 Oxunub: 2241

"PAŞİNYAN HAQLIDIR" - Azərbaycan bunu əngəlləyə bilmir...


Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolunun olması mövzusunda Paşinyan haqlıdır.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Los-Ancelesdə təşkil olunan mitinqdə ermənilər qarşısındakı çıxışına münasibət bildirib.

"PAŞİNYAN HAQLIDIR" - Azərbaycan bunu əngəlləyə bilmir...

Politoloq hesab edir ki, Paşinyan yenə də hər cümləsində Dağlıq Qarabağı Ermənistandan ayırmadı:

“Doğrudur, o, avqustun 5-də Xankəndidə dediyi “Qarabağ Ermənistandır” açıqlamasını təkrarlamadı. Paşinyan əvvəlcə Los-Anceles merinə və şəhər şurasına Dağlıq Qarabağı “tanıdığına” görə təşəkkür etdi. “Amerikadakı erməni diasporunun dəstəyi olmasaydı biz Dağlıq Qarabağdakı müharibədə (oxu: Azərbaycan torpaqlarının işğalında) qələbə çala bilməzdik” deyən Paşinyan diasporanın bu gün də Dağlıq Qarabağın arxasında dayandığını vurğuladı. Ermənistanın baş naziri diaspordan pul dilənməyi də unutmadı, ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin. Məsələn dedi ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoyarsa uduzmaz. Paşinyan maraqlı - xarici ölkədə yaşayan hər erməninin İrəvanda ev alması təklifini irəli sürdü. Amma bu absurddur. Çünki xaricdə yaşayan hər erməni İrəvanda ev alsaydı, Ermənistanın beynəlxalq maliyyə təşkilatlarıının yatırımlarına ehtiyacı olmazdı”.

Politoloq qeyd edib ki, erməni diasporunun nümayəndələri hərif deyillər:

“Onlar ABŞ-da qazandığı pulları göyə sovurmaq istəməzlər. “Paşinyan hakimiyyətdə nə qədər qalacaq” sualı erməni diasporunu da düşündürməyə bilməz. Ancaq bir məsələdə Paşinyan haqlıdır. Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolu olub və onlar bu “çalışmalarını” bu gün də davam etdirirlər. İşğal altındakı torpaqlarımızda yolların çəkilişi, evlərin tikintisi, hansısa kiçik müəssisələrin açılışlarının arxasında erməni lobbisinin imkanlı təmsilçiləri dayanır və təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik”."PAŞİNYAN HAQLIDIR" - Azərbaycan bunu əngəlləyə bilmir...
Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR Gündəm / Dünya İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı - ŞƏRH İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı - ŞƏRH Gündəm / Siyasət Ermənistanın keçmiş baş “çekisti” Paşinyanı hədələdi Ermənistanın keçmiş baş “çekisti” Paşinyanı hədələdi Gündəm / Dünya Müharibə ehtimalı artır: “Prezident mühüm siyasi mesajlar verdi” Müharibə ehtimalı artır: “Prezident mühüm siyasi mesajlar verdi” Gündəm / Siyasət Paşinyanın oğlunu Qarabağda döydülər Paşinyanın oğlunu Qarabağda döydülər Gündəm / Dünya