16-10-2019, 13:30 Oxunub: 2284

Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ

Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ

Səbail Rayon Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Axeber.az-ın məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Abbasovanın ev dustaqlığı müddəti nəzər alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.
S.Abbasova isə çıxışında prokurorun ona tələb etdiyi cəza ilə razılaşmadığını, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Növbəti proses oktyabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq Elinanın ölümü ilə bağlı məlumat yayıb. Məlumatda xatırladılıb ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Polis və Prokurorluq birgə məlumat yaydı: "Cinayət işi başlanıb..." Polis və Prokurorluq birgə məlumat yaydı: "Cinayət işi başlanıb..." Gündəm / Bölgə Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Gündəm / Sosial Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Gündəm / Sosial Tanışını döyərək öldürən keçmiş məhkuma ağır cəza Tanışını döyərək öldürən keçmiş məhkuma ağır cəza Gündəm / Kriminal Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi Gündəm / Sosial