24-10-2019, 16:16 Oxunub: 2238

Eks-prezident Ayaz Mütəllibovdan kadr islahatlarına reaksiya

Eks-prezident Ayaz Mütəllibovdan kadr islahatlarına reaksiya

“Düşünürəm ki, prezidentin bir sıra əsas dövlət qurumlarını birləşdirməsi qərarı, istefa və hökumətdə yeni kadr təyinatları əlamətdar hadisədir, mühüm əhəmiyyət daşıyır. Bu, bütövlüklə dövlət idarəetmə sisteminin yenilənməsinin başlanğıcını göstərir. Azərbaycanda artıq yeni bir dövr başlanıb”.

Bu sözləri eks-prezident Ayaz Mütəllibov haqqın.az-a dövlət başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərkən deyib.

“Aydındır ki, bundan sonra dövlət sistemində əsaslı dəyişikliklərin daha vacib mərhələsi başlayacaq, bunlar ölkəmizin imicinin yüksəldilməsi üçün çox vacib addımlardır”, - o, əminliklə vurğulayıb.

“Müasir dövrdə dövlətin və demokratiyanın göstəricilərindən biri də müasir dünyagörüşə malik və fəal olan gənclərin, yüksək ixtisaslı kadrların hökumətdə və bütövlükdə idarəetmə sistemində yer tutmalarıdır", - deyə keçmiş prezident əlavə edib.

Bu mərhələdə A. Mütəllibov hesab edir ki, necə deyərlər, “dövlət başçısı arxaya baxmadan, daxili siyasi sabitlik kontekstində islahatları həyata keçirməlidir”.

Virtualaz.org
"İslahatlara alternativ yoxdur" - Prezident "İslahatlara alternativ yoxdur" - Prezident Gündəm / Siyasət Prezident qanunsuz tikililərdən danışdı Prezident qanunsuz tikililərdən danışdı Gündəm / İqtisadiyyat İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı - ŞƏRH İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı - ŞƏRH Gündəm / Siyasət Prezidentin icra başçısı təyin etdiyi polkovnik kimdir? - DOSYE Prezidentin icra başçısı təyin etdiyi polkovnik kimdir? - DOSYE Gündəm Uğurlu islahatlar uğurlu kadrlarla reallaşar - ŞƏRH Uğurlu islahatlar uğurlu kadrlarla reallaşar - ŞƏRH Gündəm