29-10-2019, 16:25 Oxunub: 2228

Bakıda saxta içkilər və siqaretlər aşkarlandı

Bakıda saxta içkilər və siqaretlər aşkarlandı

Saxta aksiz markaları ilə markalanmış və aksiz markası olmayan alkoqollu içkilərin və tütün məmulatlarının satış məqsədi ilə saxlanması halları aşkar edilib.
Lent.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin həyata keçirdiyi operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən, fiziki şəxs Ağayev Davud Tofiq oğluna məxsus ərzaq mağazasında 412 ədəd saxta aksiz şübhəli, 20 ədəd aksiz markalı ilə markalanmamış alkoqollu içki və 978 qutu aksiz markaları ilə markalanmamış tütün məmulatları aşkar olunub. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs bundan əvvəl də eyni cinayət əməlini törədib. D.Ağayevə məxsus eyni təsərrüfat subyektində bu ilin iyul ayında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 268 ədəd aksiz markaları ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkilər, 18 326 qutu tütün məmulatı, 14 ədəd saxta aksiz markaları ilə markalanmış alkoqolli içki, 105 ədəd aksiz markası ilə markalanmalı olan alkoqollu içkilərin nağd qaydada alınması aşkar olunub, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işi çərçivəsində istintaq hələ davam edir.
Beləliklə, iyul ayında başlanmış cinayət işinin istintaqının aparıldığı müddət ərzində eyni cinayət əməllərini təkrarən törətmiş D.Ağayev oktyabrın 18-də şübhəli şəxs qismində tutulub, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin oktyabrın 19-dakı qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və saxta aksizli malların satışı qanunvericiliklə qadağandır. Vergilər Nazirliyi belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Saxta araq satan şəxs HƏBS OLUNDU Saxta araq satan şəxs HƏBS OLUNDU Gündəm / Sosial Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Gündəm / Sosial ARAQ və SİQARET çəkənlərə bəd xəbər - Qiymətlər qalxacaq ARAQ və SİQARET çəkənlərə bəd xəbər - Qiymətlər qalxacaq Gündəm / İqtisadiyyat "Bandotel" Bakıda əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı "Bandotel" Bakıda əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı Gündəm / Kriminal "Tapança Adil"ə hökm oxundu "Tapança Adil"ə hökm oxundu Gündəm / Hadisə