30-10-2019, 11:55 Oxunub: 2218

Prezident aparatı ləğv olunacaq? - Politoloqlar şərh edir

Prezident aparatı ləğv olunacaq? - Politoloqlar şərh edir

Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifəsindən kənarlaşdırıldı.

Ramiz Mehdiyevin kənarlaşdırılmasından sonra, aparatın gələcək taleyi, aparat rəhbərinin kim olacağı geniş müzakirələrə səbəb olub. Mətbuatda gedən bəzi məlumatlarda Prezidentinin Administrasiyasında struktur dəyişikliyi olacağı, icra aparatının rəhbəri postunun ləğv olunacağı iddia edilib.

Anews.az məsələ ilə bağlı politoloqları danışdırıb.

Politoloq Fərhad Mehdiyev deyir ki, prezident administrasiyası rəhbəri vəzifəsi ləğv olunmayacaq.

Onun sözlərinə görə, prezident administrasiyası konstitusion qurumdur və hər hansı qərarla ləğv oluna bilməz.

Prezident aparatı ləğv olunacaq? - Politoloqlar şərh edir

"Prezident administrasiyası prezidentin katibliyidir. Prezidentin də, vitse-prezidentin də katibliyi olur. Ümumiyyətlə, bu qurum katiblik statusunda olsa da, ölkəyə faktiki rəhbərliyi həyata keçirirdi. Nazirlər kabinetindən daha üstün qurum idi. Bu, belə olmalı deyil. Ancaq bütün hallarda prezident administrasiyası konstitusion qurumdur və hər hansı qərarla ləğv edilə bilməz. Ola bilər onun səlahiyyətlərinin bir hissəsi hansısa qurumlara verilsin, amma dəqiqdir ki, prezident administrasiyası ləğv olunmayacaq”, - deyə politoloq Fərhad Mehdiyev bildirib.

Zərdüşt Əlizadə də düşünür ki, prezident administrasiyası ləğv oluna bilməz.

Onun sözlərinə görə, prezidentin qərarlarının operativ həyata keçirilməsini prezident aparatı təşkil edir.

Prezident aparatı ləğv olunacaq? - Politoloqlar şərh edir

"Düşünürəm ki, aparat ləğv olunmayacaq. Prezidentin fəaliyyətinin, xüsusən də iqtisadi sahədə verilən qərarların operativ həyata keçməsini prezident aparatı təşkil edir. Ancaq bütün hallarda bürokratik və bir-birini təkrarlayan qurumlar çoxdur, prezident aparatı da elədir”, - deyə politoloq Zərdüşt Əlizadə bildirib.
Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar - SİYAHI Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar - SİYAHI Gündəm / Sosial Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi Gündəm / Siyasət İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi Gündəm İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi Gündəm / İqtisadiyyat "FHN və Gömrük Komitəsi ləğv edilsin" - Ekspertlər "FHN və Gömrük Komitəsi ləğv edilsin" - Ekspertlər Gündəm / Sosial