İdman
ÇOX OXUNANLAR
30-10-2019, 14:53 Oxunub: 2429
Enerji içkiləri ilə bağlı qaydalar DƏYİŞİR
2019-cu il yanvarın 1-dən Azərbaycanda "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları” qüvvəyə minir.
Bu barədə Anews.az-a Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AQTA-da hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.
Enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi”, "tərkibində GMO yoxdur”, "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
2020-ci il yanvarın 1-dən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qayadalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaq.
Qeyd edək ki, yeni qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil olunmur.
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək.
XƏBƏR LENTİ
15:36 | İlham Əliyev Rusiya prezidentinə məktub göndərdi 15:33 | NATO Azərbaycanı seçir və ya bədxassəli aktorlara qarşı birgə “əməliyyat” - TƏHLİL 15:32 | Nazirlər Kabinetindən inflyasiya ilə bağlı AÇIQLAMA 12:28 | VƏTƏNDAŞIN SALINDIĞI PROBLEM 21:13 | Suraxanı rayonunda Şəhid Muxtar Qasımlının Ad günü qeyd olundu. 21:00 | Beynəlxalq Hüquq Eksperti, Zalov İmza TV- Alyansın rəhbəri, İsrail- Azərbaycan ŞAHDAĞ Təşkilatının, Azərbaycan üzrə rəsmi nümayəndəsi, İsmayıl Zalov medalla təltif olundu 12:53 | Gənclərin I Regional Biznes Forumu baş tutub 21:06 | Şəmkir rayonu Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbin uğurları ildən-ilə artır 16:27 | Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir 13:12 | Prezident bir qrup gənci təltif etdi - SİYAHI 12:28 | Milli Məclisin sədri Avropa ölkələrinin parlamentlərinə çağırış edib 12:25 | İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 12:23 | Tarixi seçkiyə hazırlıq “Haber Global”ın obyektivində 21:49 | DİN-in Səbail Rayon Polis İdarəsi xidməti vəzifələrini əzmlə və yüksək səviyyədə yerinə yetirir 12:50 | Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin 12:29 | İpək Yolu MMC-nin əlmakını talayan mühasib kimdir? İDDİA