31-10-2019, 11:25 Oxunub: 2238

Sabiq deputatdan yaşlı deputat və məmurlar haqqında SƏRT SÖZLƏR

Sabiq deputatdan yaşlı deputat və məmurlar haqqında SƏRT SÖZLƏR

Sabiq deputat, YAP-ın qurucularından sayılan Maksim Musayevdən ölkəmizdə cərəyan edən prosesləri dəyərləndirib.

Anews.az Musavat.com-a istinadən müsahibəni təqdim edir:

- Maksim müəllim, son günlərdə hökumətdə yüksək postlarda təmsil olunan məmurlar bir-birilərinin ardınca istefa ərizələri yazırlar. Gedən prosesləri necə dəyərləndirirsiz?

- Öncəliklə onu qeyd edim ki, heç vaxt indiki hakimiyyətdə vəzifədə olmamışam. 1985-ci ildən 2000-ci ilə qədər deputat olmuşam. Mənə heç nə edilməyib. Nə orden almışam, nə də mənzil. 2000-ci ildən pensiyaya çıxmışam. İndiyə qədər də siyasi yaradıcılıqla məşğulam. YAP-ın yaradılmasında ilk onluqda olmuşam. Amma "91-lər”dən deyiləm. Heydər Əliyev dövründə mənə çox vəzifələr təklif olunub. O, Milli Məclisə sədr gələn kimi indiki Prezident Administrasiyasının İşlər İdarəsinin müdiri vəzifəsini mənə dedilər. Sonra Xanlar, Abşerona icra başçısı təyin etmək istədilər. Lakin bunları da istəmədim. Kənd təsərrüfat naziri Müzamil Abdullayevin birinci müavini olmağımı təklif etdilər. Dedilər o gedəcək, onu əvəz edərsən. İmtinalarımın səbəbi deputat olmağı xoşlamağım idi. Bunları deməkdə məqsədim odur ki, vəzifədən yapışıb qalmaq olmaz. Qeyd etdiyiniz islahatlar haqqında heç nə deyə bilərəm. Olduqca gec də olsa, yaşlı nəslin vəzifədən qoparılması prosesi gedir. Buna onların dartıb kənara uzaqlaşdırılması prosesi də demək olar. İnsan 65 yaşı tamam olanda ərizəsini yazıb deməlidir ki, mən vəzifədən gedirəm. Bunun üçün gərək insanın abır-həyası olsun. Allah 65 yaşına qədər məni qoruyub saxlayıbsa, bu vəzifəni mənə qismət edibsə, demək getməyi bacarmaq lazımdır. Ailə, uşaq və nəvələrlə birlikdə gün keçirmək müəyyən yaşdan sonra vacibdir. Nə vaxta qədər vəzifədən yapışıb qalmaq olar? Əfsus ki, bizdə kreslodan yapışan məmurlar sanki ora pərçim olunurlar. Şan-şöhrətdən ötrü ölürlər. Düşünürlər ki, vəzifədən gedəndən sonra mənə baxan olmaz, hörmətdən düşərəm. İnsanın tərcümeyi-halında ən gözəl şey pensiyaya çıxmaqdır. Pensiyaya çıxmaq nəsibin olubsa, demək, Allahın yaxşı bəndəsisən. Adam var ki, pensiya yaşına qədər yaşamır. Prezidentimiz mədəni formada qocalmış məmurlara işarə etdi ki ,gedin. Bundan sonra yol açıldı.

- Demək istəyirsiz ki, dövlət başçısının verdiyi mesaj məmurları hərəkət gətirdi?

- Əlbəttə belədir. Hacıbala Abutalıbov çoxdan getməli idi. Sən 17 ildir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunda oturmuşdun, sənə ondan sonrakı vəzifə lazım idi? O biriləri də həmçinin belədir. Yüksək vəzifədən çıxıb yeni vəzifəyə getməyi düzgün hesab etmirəm. İnsan özü-özünə qiymət verməli, şəxsiyyətinə hörmət etməyi bacarmalıdır. İnsan elə nümunə ortaya qoymalıdır ki, ətrafdakılar onun şəxsiyyətinə hörmət etsinlər. Nəfəs ağızdan çıxana qədər vəzifə hərisi olmağı müsbət qiymətləndirə bilmərəm.

- Bu proseslərin Azərbaycan parlamentinə də təsir edəcəyi deyilir...
- Bizim parlamentdə lal, kar deputatlar az deyil. Onlar ilk növbədə, ölçülü-biçili danışmağı bacarmalıdırlar. Danışdıqca, deputatlıq adına xələl gətirirlər. Deputat adına ləkə gətirməyi sanki qarşılarına məqsəd qoyublar. Son zamanlar onlarla bağlı elə məsələlər ortaya çıxır ki, onların yerinə utanıram. Zamanında deputat olduğumu indi dilimə gətirməyə utanıram. Oradakı kontingentin vasitəsilə Milli Məclisi bu şəkildə gözdən salmaq olmaz. Utancverici haldır. Deputat adına layiq olmayan hərəkət etmək hər bir vətəndaşımıza böyük zərbə vurmaqdır. Səs verən insanlara sanki güllə atırsan. Deputatın funksiyası qanun yazmaq, onu təkmilləşdirməkdən ibarətdir. Bizdə isə əksi görünür. Orada bir Səfa Mirzəyev var. Allah onun canını sağ eləsin. O olmasaydı, bəlkə də qanunlar fərli-başlı yazılmazdı. Parlament mühərrik kimi işləməlidir. Başqa ölkələrdəki parlamentlər işlərini müasir sistemdə qururlar. Danışıram, mənə qıcıq olurlar ki, bu niyə belə danışır, yaxud niyə susmur. Bəzən mənə zəng vurub deyirlər ki, səndən başqa bunları bilən yoxdur, onlar niyə danışmır, sən danışırsan?

- Onlar arasında 80 yaşı ötənlər də var. Yaşlı məmurlar istefa ərizələri yazırlar, bunlar da bəlkə deputatlığa namizəd olmasınlar?

- Bizim konstitusiyada yaş həddi nəzərdə tutulmayıb. Bir halda ki qocaların getməsi prosesinə start verilib, qanunverici orqana da mesaj ünvanlana bilər. Elə deputatlar var ki, çoxdan getməli idilər. Bir dəfə də olsun ki, çıxış etməyən mandat sahibləri var. Onlar yalnız deputat mandatından istifadə etməyi bacarıblar. Dövlətinə, xalqına heç bir xeyirləri yoxdur. Orada mən yaşda, məndən cavan adamlar var. Qabiliyyətli düşünənlər, aktiv fəaliyyət göstərənlər az deyil. Bəziləri də var ki, nişanları sinələrinə vurub, orada silir, axşamlar da parıldadır ki, qoy işıq düşəndə parıldasın. Mandatı təmizləyib cibinə qoyur. Deputatlığa gərək əziyyət çəkə-çəkə, alternativlərlə mübarizə apara-apara gələsən. Elə deputat var ki, mənə deyib ki, məndən deputat olmaz, sadəcə, deyiblər, gəlib oturmuşam. Adamın onlara yazığı da gəlir. Gürcüstan parlamentində görmüşəm ki, üç nəsil olub. Birinci nəsil 70-80 yaş arasını daha çox təşkil edir. Saçları ağ formada qabaqda oturublar, yaxşı fikirlər deyirlər, ideyalar irəli sürürlər. İkinci nəsil orta nəsildir. Üçüncü isə gənc nəsildir. Sonrakı etaplarda arxadan irəli doğru əvəzləmələr gəlir. Bizdə isə bu yoxdur. Elə rayonlar var ki, deputatlarının kim olduğunu bilmirlər. Rayonlara ya getmirlər, ya da gedəndə hansısa tədbirə gedirlər, ona əl çalınır, qoltuğu qarpızlanır. Onlar barəsində danışanda bəzən mənə təzyiqlər olub. Bir dəfə hətta maşınımı əzdilər. İndi də gözləyirəm ki, bu müsahibədən sonra nələr olacaq. Danışmasan da olmur. Əgər sənin ürəyin millətin, dövlətin üçün yanırsa, gərək danışasan.

- Vəzifələrini tərk edənlərin yerini dolduranlar olacaqmı?

- Aydın məsələdir ki, onların yerinə daha çox gənclər gələcəklər. Amma hansı gənc gələcək, bu maraqlıdır. Çünki onların çoxunun təcrübələri yoxdur. Üç nəfərə rəhbərlik etməyib, indi gəlib hansısa yüksək postda oturacaq. Vaxtilə bizim hakimiyyətdə təmsil olunmuş adamlar var ki, onların heç biri 3 nəfərə belə rəhbərlik etməyiblər. Belələrinin sayı 3-4 olar. Sadəcə, onların adlarını çəkmək istəmirəm. Onlar respublikanın idarəedici orqanında idarəedici kabinetlərində idarəedici məsələləri həll ediblər. Bu isə bizi çox pis günə qoyub. Hazırda gedən proseslər kadr dəyişikliyidir.
Akif Əlizadə İlham Əliyevi eşitdi: Növbə kimindir? - SİYAHI Akif Əlizadə İlham Əliyevi eşitdi: Növbə kimindir? - SİYAHI Gündəm Sürücünün söydüyü yol polisindən AÇIQLAMA - "Mənə başqa vəzifə də təklif edildi Sürücünün söydüyü yol polisindən AÇIQLAMA - "Mənə başqa vəzifə də təklif edildi Gündəm / Sosial Deputat yaşı 70-dən çox olan həmkarlarına səsləndi: "Namizədliyinizi verməyin" Deputat yaşı 70-dən çox olan həmkarlarına səsləndi: "Namizədliyinizi verməyin" Gündəm Bu deputatlar növbəti parlamentdə olmaya bilər – SENSASİON SİYAHI Bu deputatlar növbəti parlamentdə olmaya bilər – SENSASİON SİYAHI Gündəm / Sosial Sabiq nazirdən Əli Əsədovun Baş Nazir təyinatına REAKSİYA Sabiq nazirdən Əli Əsədovun Baş Nazir təyinatına REAKSİYA Gündəm / Sosial