ÇOX OXUNANLAR
1-11-2019, 12:04 Oxunub: 20

Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı - SƏRƏNCAM

Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı - SƏRƏNCAM

Növbəti kadr islahatı "Azəriqaz" İstehsalat Birliyində (İB) aparılıb.

Sonxeber.az-ın modern.az-a istinadən məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: "Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

Qeyd edək ki, Əkbər Hacıyev "Azəriqaz"ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.
Hüquq müdafiəçisi: Hüquq müdafiəçisi: "SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan dəyişikliklər təqdirəlayiqdir" Gündəm / İqtisadiyyat Prezident Administrasiyasının yeni rəhbərindən İLK AÇIQLAMA Prezident Administrasiyasının yeni rəhbərindən İLK AÇIQLAMA Gündəm / Sosial İlham Əliyev Xaçmazın icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT İlham Əliyev Xaçmazın icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT Gündəm / Siyasət İnam Kərimovdan yeni - TƏYİNAT İnam Kərimovdan yeni - TƏYİNAT Gündəm / Sosial “Azəriqaz”: Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri başa çatıb “Azəriqaz”: Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri başa çatıb Gündəm / İqtisadiyyat