5-11-2019, 10:47 Oxunub: 2227

Parlamentdə 25 milyard manatlıq sənədin müzakirəsi başlanılır

Parlamentdə 25 milyard manatlıq sənədin müzakirəsi başlanılır

Bu gün Milli Məclisdə 2020-ci ilin dövlət büdcə layihəsi ilə bağlı müzakirələr başlayır.

Oxu.Az-ın məlumatına görə, müzakirələr Milli Məclisin komitələrində başlayacaq.

Komitələrdə keçiriləcək müzakirələr noyabrın 7-dək davam edəcək.

Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra parlamentin plenar iclasına çıxarılacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə, 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.
Hökumət gələn ilin büdcəsinə “hə” dedi Hökumət gələn ilin büdcəsinə “hə” dedi Gündəm / İqtisadiyyat Doqquz ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib Doqquz ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib Gündəm / İqtisadiyyat Dövlət Neft Fondu yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb Dövlət Neft Fondu yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb Gündəm / İqtisadiyyat Novruz Məmmədov nazirləri topladı: Vacib iclas Novruz Məmmədov nazirləri topladı: Vacib iclas Gündəm / Siyasət Azərbaycanın 2020-ci il üzrə büdcə zərfi Milli Məclisə daxil olub Azərbaycanın 2020-ci il üzrə büdcə zərfi Milli Məclisə daxil olub Gündəm / Siyasət