12-11-2019, 08:01 Oxunub: 2214

Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb, yeni silahlar sınaqdan keçirilir

Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb, yeni silahlar sınaqdan keçirilir
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb.

"Report"un xəbərinə görə, təlim Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

Üç mərhələli təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan Ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və real iqlim şəraitində qoşunların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və komandirlərin idarəetmə bacarıqlarının artırılması ilə icra olunacaq.

Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdiriləcək.
Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıaqlar qoyur — Zakir Həsənov Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıaqlar qoyur — Zakir Həsənov Gündəm / Siyasət “Terrorçuluqla mübarizədə Azərbaycan Türkiyəni dəstəkləyir” — Zakir Həsənov “Terrorçuluqla mübarizədə Azərbaycan Türkiyəni dəstəkləyir” — Zakir Həsənov Gündəm / Siyasət Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: qorxunc külək gəlir Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: qorxunc külək gəlir Gündəm / Sosial "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Gündəm / Dünya Əfqanıstanda silahlı qarşıdurma - 40 terrorçu məhv edildi Əfqanıstanda silahlı qarşıdurma - 40 terrorçu məhv edildi Gündəm / Dünya