12-11-2019, 15:29 Oxunub: 2307

Duman, çiskin, yağış gözlənilir

Duman, çiskin, yağış gözlənilir

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyinin günün ikinci yarısında arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 13-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakıya yağış, rayonlara qar yağacaq Bakıya yağış, rayonlara qar yağacaq Gündəm / Maraqlı Sabah 27 dərəcə isti olacaq Sabah 27 dərəcə isti olacaq Gündəm / Sosial Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq Gündəm / Sosial Sabahdan hava şəraiti dəyişir — Yağış yağacaq Sabahdan hava şəraiti dəyişir — Yağış yağacaq Gündəm / Maraqlı Sabah 25 dərəcə isti olacaq Sabah 25 dərəcə isti olacaq Gündəm / Sosial