5-01-2021, 09:19 Oxunub: 2198

"İrşad Elektroniks"dən müştərilərinə ƏDV problemi... - GİLEY

"İrşad Elektroniks"dən müştərilərinə ƏDV problemi... - GİLEY




DİA.AZ: - "Şikayətim mağazalar şəbəkəsi olan İrşad Electronics-dəndir. Ay ərzində bir neçə kredit ödəyirəm. Keçən ayın (17.12.2020) qeyd olunan tarixində kredit ödənişi üçün mağaza yaxınlaşdım". DİA.AZ bildirir ki, bu barədə Elşən Əhmədov adlı istifadəçi sosial şəbəkədə paylaşım edib.
"İrşad Elektroniks"dən müştərilərinə ƏDV problemi... - GİLEY
Daha sonra narazı vətəndaş yazır: "Mağazadan bildirildi ki, müvafiq sərt karantin rejimi ilə əlaqədar mağaza fəaliyyət göstərmir. Mağaza əməkdaşına bildirdikdə ki, ƏDV qəbzin aqibəti necə olacaq? Əməkdaşın cavabı: online və ya ödəmə terminalları vasitəsilə ödəyin. Bildiyiniz kimi bu halda ƏDV qəbzi əldə etmək olmur.
Əsas məsələ odur ki, həmin mağaza əməkdaşı mağazaya kredit ödənişi üçün yaxınlaşan 5 nəfərdən 3-ünün ödənişlərini yerində qəbul edirdi. Bir müddət kənardan izlədikdən sonra bu hal üzrə *0171 qısa nömrəsinə zəng edərək mövcud vəziyyəti bildirdim. Təbii ki, həmişəki kimi 'şablon' cavablar verildi. Operator xanım da təkidlə bildirdi ki bütün mağazalarımız yerində xidmət göstərmir və qeyd etdiyiniz hal mümkün deyil. Operator xanıma eyniliklə də qeyd edirəm ki faktiki olaraq mən müvafiq mağazanın qarşısında (20 metr aralıda) dayanmışam və olan-bitəni görürəm. Necə deyərlər şablon cavabları feri kimi bitmir ki bitmir.
(Digər mağazalar şəbəkəsi isə kredit ödənişlərini yerində qəbul edir)"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Banka gəlmədən kredit sifariş et! Banka gəlmədən kredit sifariş et! İqtisadiyyat / Maraqlı Sosial yardım alanlara ŞAD XƏBƏR - ARTIRILIR Sosial yardım alanlara ŞAD XƏBƏR - ARTIRILIR Gündəm / Sosial Kredit borcu olanların NƏZƏRİNƏ! Kredit borcu olanların NƏZƏRİNƏ! Gündəm / İqtisadiyyat Kirayə mənzillər belə olacaq Kirayə mənzillər belə olacaq --- Gün ərzində onlarla oğurluq: Xəz paltolar, zinət əşyaları və ərzaq məhsulları Gün ərzində onlarla oğurluq: Xəz paltolar, zinət əşyaları və ərzaq məhsulları Kriminal