ÇOX OXUNANLAR
2-11-2019, 15:49 Oxunub: 14

Bakıda toyda dava — 3 nəfər bıçaqlandı

Bakıda toyda dava — 3 nəfər bıçaqlandı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Bənövşə" şadlıq sarayında 3 nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən "Ölkə.Az"a bildirilib ki, noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Salyanda ər arvadını ölüdürüb, cinayət işi başlanıb - RƏSMİ Salyanda ər arvadını ölüdürüb, cinayət işi başlanıb - RƏSMİ Gündəm / Hadisə Bakıda kişi arvadını bıçaqladı Bakıda kişi arvadını bıçaqladı Gündəm / Kriminal Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər Gündəm / Hadisə Oyuncaq tapança ilə hədələyib 200 manat aldı Oyuncaq tapança ilə hədələyib 200 manat aldı Gündəm / Kriminal Polis və Prokurorluq birgə məlumat yaydı: Polis və Prokurorluq birgə məlumat yaydı: "Cinayət işi başlanıb..." Gündəm / Bölgə