28-06-2020, 11:16 Oxunub: 2219

Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi

 Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi



Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.
Bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib.
Onun sözlərinə görə, mərhum bu gün dəfn ediləcək.
M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.
Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.
Tanışını döyərək öldürən keçmiş məhkuma ağır cəza Tanışını döyərək öldürən keçmiş məhkuma ağır cəza Gündəm / Kriminal Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdi Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdi Gündəm / Sosial Rüşvətə görə həbs edilən hakimdən YENİ XƏBƏR Rüşvətə görə həbs edilən hakimdən YENİ XƏBƏR Gündəm / Sosial Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Gündəm / Sosial Riberi hakimi itələdi - Ağır cəza gözləyir Riberi hakimi itələdi - Ağır cəza gözləyir Gündəm / İdman