21-11-2025, 15:23 Oxunub: 2261

Fuad Abdullayevə görə bu klinika cərimələndi

Səhiyyə Nazirliyi “New Med” klinikasını cərimələyib.

Globalinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən klinikada keçirilən plandankənar yoxlama zamanı Fuad Abdullayevin sertifikatsız özəl praktik tibbi fəaliyyəti ilə məşğul olması faktı aşkarlanıb.

                        

Klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Fuad Abdullayevin diplomu olmadan həm plastik-estetik, həm də LOR əməliyyatlar icra etməsi barədə məlumatlar bir neçə dəfə ictimailəşdirilib. Fuad Abdullayevin ixtisasca ümumi cərrah olduğu bildirilir.

Fuad Abdullayev isə bu fikirlərlə razılaşmır. Abdullayev izahatında bildirib ki, 21 ildir tibb sahəsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Fəaliyyəti dövründə inzibati xəta ilə bağlı heç bir məsuliyyətə cəlb olunmayıb. Ümumi cərrah ixtisası üzrə tibb təhsilini tam şəkildə bitirib və dövlət tərəfindən həmin ixtisasa aid diplom təqdim edilib. Artıq 30 ildən çoxdur ki, tibb sahəsində peşəkar şəkildə fəaliyyət göstərir, bir neçə dövlət xəstəxanasında, hərbi hospitalda “LOR cərrahı” ixtisası üzrə fəaliyyət göstərib. Bundan əlavə, sözügedən sahə üzrə “şöbə müdiri” vəzifəsində işləyib və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda “LOR cərrahı” ixtisası üzrə Səhiyyə Nazirliyinin tələbi əsasında kurs keçib.

Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA Gündəm Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı  – Dr. Bariz Zeynalov Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov Gündəm / Sosial PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan  “həkim” “Milano” hospitalda estetik əməliyyat edir? Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir? Gündəm / Sosial Aybəniz Abdulovanın təqdimatında: “Vip Style Estetik” Klinikasının Baş Həkimi Samirə Məcidova ilə-Eksklüziv Müsahibə Aybəniz Abdulovanın təqdimatında: “Vip Style Estetik” Klinikasının Baş Həkimi Samirə Məcidova ilə-Eksklüziv Müsahibə Gündəm
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov