PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Surəti :Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, COP29 - un Təşkilat Komitəsinin sədri Samir Nuriyev cənabına.
Surəti :Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənabına.
Surəti :Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə - Hüquq Şurasının sədri İnam Kərimov cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti Azərbaycan Respublikasının Daxili İşlər Naziri, COP29 - un Təşkilat Komitəsinin üzvü Vilayət Eyvazov cənabına.
Surəti : Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov cənabına.
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Media qurumunun rəhbərlərinə.
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən ərazisi, fərdi evdə yaşayan,
230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi Comərdov Elxas Səfi oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ.
Çox hörmətli Media rəhbərləri !
Sizlərin hər birinizdən artıq dərəcədə xahiş edirəm, mənim bu şikayət ərizəmi ictimailəşdirin, bəlkə sizin dəstəyi ilə səsimi ölkə başçısına çatdıra bildiniz.
Əvvəlcədən hər birinizə minnətdarlıq edirəm.
Cənab Prezident !
Niyə, Dövlətin idarə olunmasında məsul vəzifəli şəxslərin rəhbərlik etdiyi qurumun əməkdaşları, vətəndaşı ölkəsinə və dövlətinə qarşı nifrət hissi aşlayır...?
Niyə, bir ildən yuxarıdır Konstitusiyasının və onun əsasında hazırlanan, İmzanızla ölkənin idarəolunmasında təsdiqlədiyiniz Qanunların mənə verdiyi hüquqlarımı qoruyub bərpa edə bilmirəm...?
Düz bir ildən yuxarıdır ki, haqqım üçün apardığım mübarizədə, -" vətəndaş, axı sən nə istəyirsən...?"- deyə biləcək bir qurumun hansısa əməkdaşı tərəfindən qəbul edilib dinlənilmirəm...?
Niyə...???
Elə buna görədə bir neçə gün öncə, yuxarıda qeyd etdiyim cinayət işi üzrə, ibtidai istintaqı qərəzli, qeyri-obyektiv, ciddi qanun pozuntuları ilə aparılan, hazırda məhkəmə adı altında, məhkəmə şousu keçirilən prosesinə etiraz əlaməti olaraq, yazaraq Sizdən xahiş etdiyim və israrla pozulmuş hüquqlarım bərpa olunana qədər müraciət edəcəyimi, mübarizə aparacağımı vurğulamışam :
Əgər pozulmuş hüquqlarım bərpa olunmayacaqsa, israrla deyirəm və deyəcəm - GÖSTƏRİŞ VERİN BİZİ GÜLLƏLƏSİNLƏR.
Mən bu israrda bütün dünyaya car çəkəcəm, beynəlxalq tədbirlərin birində xarici ölkə jurnalistlərdən birinin, - "Sizin ölkədə insan hüquqları necə pozulur ki, vətəndaş, prezidentdən GÜLLƏLƏNMƏSİNƏ göstəriş verilməsini istəyir...?" - sualı olanda, siz heç də təəccüblənməyin.
Mən, bu müraciətimi, 2- ci ŞUŞA QLOBAL MEDİA" Forumunun təşkilat komitəsinə, tədbirə dəvətli xarici ölkə jurnalistlərinə göndərib, sizə çatdırılması üçün cəhd də edə bilərdim. Amma, vətənini sevən biri kimi hələ ki bunu etmədim...
Bunu, Sizin və eləcədə adın çəkdiyim qurum rəhbərlərinin vətəndaş məktublarına məsul şəxsləri də anlamalıdır ki, indiki internet dövründə bunu etmək mümkündür və çox asandır. Mənim səsimi, müraciət etdiyim qurumun məsul şəxslərinə çatdırsınlar. Yada, etdiyim müraciət, şikayət, ərizə nəzarətə götürülüb, ədalətli həllinə başlasınlar.
Yox, əgər, idarəetmənin bu cür aparılmasını, çox hörmətli Cənab Prezident, Siz, özünüz, - "kim necə istəyir o cür də işləsin, asıb-kəssin, zülüm etsin, süründürsün" - tapşırmızsınızsa bunu da açıq şəkildə bəyan etsinlər.
Bunlar, gör ölkəni nə günə qoyub ki, "körpə uşağda" - haqqımız olan hüququmuzun bərpa olunmasına çalışdığımı görüb, - "Onsuzda niyətinizə çatmayacaqsınız" - ismarıcını, satqınlıq edərək, ifadəsini dəyiş(ditdiril)ən biri - "cibim doludu" - deyib, bizə qıcıq verib, münaqişəyə təhrik edir, rahatlığımızı pozur. DİN-nin 102 xidmətinə zəng edirəm, polisə, Prokurorluğa yazıram, biri çağırıb biri soruşmur, - " nə məsələdi, hadisə necə olub, sən nə istəyirsən...?"
Bəs mənim və ailəmin hüquqların Konstitusiyasının 27 və 31-ci maddələrinə uyğun kim qorumalıdır...?
Hörmətli Prezident Cənabları !
Qarşıda, ÇOP 29 və parlamentə növbədənkənar seçkilər gəlir. Bundan əlavə hələ nə qədər ölkədə və eləcədə xarici ölkələrdə keçiriləcək beynəlxalq tədbirlər olacaq.
Bundan əlavə ölkəmizdə nə qədər xarici ölkələrin səfirlikləri yerləşir. Yəqin ki, bu cinayət işi totalitar ciddi qanun pozuntusu ilə belə davam etsə, mənimdə vətən sevgimi, haqqım üçün mübarizəm üstələyəcək.
Səsim, həmin beynəlxalq tədbirlərin, səfirliklərin hər hansı birinin vasitəsi ilə Sizə çatdırılacaq. Yəqin ki ondan sonra, - BİZİM GÜLLƏLƏNMƏYİMİZƏ GÖSTƏRİŞ VERƏCƏKSİNİZ...???
Nə qədər ki mənim haqqlı tələbimə, nəvəmə qarşı törədilən ölümə cəhd cinayəti obyektiv araşdırılmayacaq mən müraciətim də israrlı olacam. Odur ki , bu bir ildə istintaqı ciddi qanun pozuntusu ilə (hüquq mühafizə orqanları özləri cinayət edərək) aparılan, cinayət işi barədə yazaraq yenidən Sizi məlumatlandırmaq istəyirəm.
Cənab Prezident !
Bu, cinayəti sifariş etməsi güman olunan şəxsi qorumaq, müdafiə etmək məqsədi ilə Hüquq - Mühafizə Orqanlarının etdiyi cinayətlər ağılasığmaz dərəcədə özbaşınalıqın təzəhürüdür.
Göstəriş verin, on illər boyu ordan-burdan köçürməklə müdafiə edib, elmi dərəcə almış, bu sahədə saç - saqqal ağarmış peşəkar hüquqşünaslar, mənim orta təhsilimlə yazdığım hər bir sualıma, daha doğrusu etdikləri cinayətlərə aydınlıq gətirsinlər...
Əvvəlcə, azyaşlı (16 yaş) nəvəmə qarşı törədilən, sifarişi şübhə doğuran, 8 - 9, 5 - 6-cı qabırğalararası, ard-arda vurulan çoxsaylı, 4 bıçaq xəsarəti nəticəsində, insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələyən, ölümünə cəhd edilmiş cinayəti necə gizlədilməsi, daha doğrusu, qanunları pozaraq etdikləri cinayət barədə.
Onuda diqqətinizə çatdırım ki, bu cinayət hadisəsinin ibtidai istintaqın 3 müstəntiq, prosessual rəhbərliyi həyata keçirən iki prokuror (Binəqədi Rayon Prokuroru və Bakı şəhər Prokuroru) və bir vəkil tərəfindən hazırlanıb, baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilən "İttiham aktı" nda bir - birin təkzib edən, daha doğrusu, bu işin sifarişli, qərəzli, qeyri-obyektiv aparıldığını özündə əks etdirən, özlərin ifşa edəcək yetərincə fakt və sübutlar var.
Özüdə, bütün bunları, ölkənin idarə olunmasında birbaşa Sizin İmzanızla təsdiq olunmuş Konstitusiyaya əsaslanaraq hazırlanan və təsdiq edilən CM-nə və CPM-nə istinad edərək diqqətinizə çatdıracam.
Çox hörmətli Prezident Cənabları !
Mən, aşağıda qeyd etdiklərimi, Sizə ünvanlamaqla, prezident administrasiyasına, onun rəhbərinə, hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəhbərinə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə və eləcədə, ölkənin Konstitusiya Məhkəməsinin sədrinə, Ali Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının sədrinə, Baş Prokurora, Daxili İşlər Nazirinə ünvanlayaraq sual edib, aydınlıq gətirmələrini XAHİŞ EDİRƏM.
Yəqin ki, bu cinayət işi ilə, bu bir ildə yazdıqlarımla tanışdılar...
Tanış olsunlar deyə bir daha yazıb, sual edirəm...
MƏNİM NƏVƏMƏ QARŞI TÖRƏDİLƏN CİNAYƏT ƏMƏLİ, AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNİN 126.1 - ci, VƏ YAXUDDA, BİZİM ALDATMAQ Üçün, 126.2.4 və 221.3 MADDƏSİNƏ TÖVSİF EDƏRƏK - "MADDƏNİ AĞIRLAŞDIRDIQ DA" - DEYİB, BİZİ SUSDURMAQ ÜÇÜN CƏHDDİR...?
Axı, İnsanın həyat və sağlamlığının qorunması onun vətəndaşı olduğu dövlətin ali məqsədlərindən biridir. Bu müddəa, yəni, insanın azadlıq hüququ və təhlükəsiz yaşamaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 27 və 31-ci maddələrində öz əksini tapmışdır. Ona görə də təhlükəli cinayətlərdən sayılan qəsdən adam öldürmə cinayətləri üzrə qanunların düzgün tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının CM-nin 27.3 - cü maddəsində açıq aydın yazır.
Maddə 27.3.
- Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin BAŞA ÇATMIŞ CİNAYƏTLƏRƏ GÖRƏ MƏSULİYYƏT nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq MÜƏYYƏN EDİLİR.
Həmin Məcəllənin istinad olunan 29-cu maddədə isə, Cinayətə cəhdin nə olduğun ortaya qoyur.
Maddə 29.
- Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
Ali Məhkəmənin 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında da, aydın şəkildə, ibtidai istintaqı aparan müstəntiqlərə və məhkəməyə tövsiyyə edir ki,
— 2. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı, qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir".
Hörmətli Prezident Cənabları !
İNDİ isə, nəvəmə qarşı törədilən cinayətin Azərbaycan Respublikasının CM-nin yuxarıda istinad etdiyim müvafiq maddələrinə və eləcə də, Ali Məhkəmə Plenumunun Qərarına uyğunluğunu izah edim.
Nəvəmə qarşı baş vermiş, sifarişi güman doğuran, ölümünə cəhd cinayətində, sifarişi və sifarişçini gizlətmək məqsədi ilə, prosessual rəhbərliyi həyata keçirən prokurorların nəzarəti altında ibtidai istintaqı aparan müstəntiqlər ciddi qanun pozuntularına yol verərək, ağır cinayəti gizlətməkləri bir yana, özləri də qanunu pozaraq, təhrif edərək böyük cinayətlər törətmişlər.
Belə ki, 03. 08. 2023-cü ildə, azyaşlı (16 yaş) nəvəmi, yaşadığımız ərazidə, evmizin yanından, aralarındakı münaqişəni həll etmək adı ilə, əvvəlcədən planlaşdırılmış yerə, məqsədli şəkildə, getməsinə söyüş qoyularaq, getməyə məcbur qalaraq aparılmış, yuxarıda qeyd etdiyim kimi, ürək nahiyyəsi tərəfdən, 8 - 9 və 5 - 6 - cı qabırğaları arasından, daxilə nüfuz edən, çoxsaylı bıçaq xəsarəti yetrilərək, insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələyərk ölümünə cəhd edilmişdir.
Bu cinayət əməlinə görə, Binəqədi Rayon Polis İdarəsində əvvəl Cinayət Məcəlləsinin 126.1 - ci maddəsi ilə cinayət işi başlamışdı. Hansı ki, həmin əməl, CM-nin 29 və eyni zamanda 120.2.4 maddələrinə tövsif edilməli idi. Çünki, bu əməlin törədilməsi üçün təqsirləndirilən şəxs əvvəlcədən hazırlaşdığını, bu əməli icra etmək üçün niyyət və məqsədini verdiyi ifadələrində də göstərib.
AR CM-i,
Maddə 28.1.
- Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.
Maddə 28.2.
- Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.
İndi isə baxaq görək, təqsirləndirilənin hansı əməli bu cinayətin, ölümə cəhdin ortaya qoyur.
- "BURADA TƏQSİRKARIN NİYYƏTİNİ ( təqsirkar 06.08.2023 - ci il saat 11-05-də başlayıb, 12-10-da tamamladığı və 4 ay sonra, 29.11.2023 - cü il 11-35-də başlayıb, 12-05-də qurtaran, eynən təkrarladığı ifadəsində yazır ki, - "tanışlarla demişdim ki, - "zərərçəkəni (yəni - nəvəmi) harada görsəniz mənə bildirin". Və bunu şahid ifadəsində təsdiq edir: -"təqsirləndirilən şəxs,- " iki barmağın bıçaqın ağzına sürtərək, zərəçəkəni gözləyir, zərərçəkən üçün itləmişəm" - səs yazısı və eləcə, 30. 09. 2023-cü ildə saat 17-40 - da başlayıb, 18 - 25 - tamamladığı ifadəsindəifadəsində təsdiq edir:)
NİYƏTİN, MƏQSƏDİN MƏHZ NƏYƏ YÖNƏLMƏSİ MƏSƏLƏSİ BU CİNAYƏTƏ HAZIRLIĞI ORTALIĞA ÇIXARMIR...? AR-nın CM 28. 1.)
Bəs onda niyə CM-nin 28.2 - ci maddəsi tətbiq edilmir...?
NİYƏ ONDA, İBTİDAİ İSTİNTAQD ZAMANI, İSTİNTAQI İŞİ APARILARKƏN İŞİN BÜTÜN HALLARI, O CÜMLƏDƏN CİNAYƏTİN ÜSULU, (cinayət işinin içindən, NK - nin "soyuq silah sayılan bıçaqı" - çıxarıb, əvəzinə, ona oxşar bıçaqın qoyulması, dəyişdirilməsi) ALƏTİ, YETİRİLƏN BƏDƏN XƏSARƏTLƏRİNİN ( sol tərəfdən, qoltuğunun altından, 8 - 9 və 5 - 6 - cı qabırğalarası çoxsaylı, 4 bıçaq xəsarətləri) SAYI, XARAKTERİ VƏ LOKALİZASİYASI (insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələməsi) (MƏSƏLƏN HƏYAT ÜÇÜN MÜHÜM ORQANA XƏSARƏT YETİRİLMƏSİ ), HƏMÇİNİN TƏQSİRKARIN VƏ ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HADİSƏDƏN ƏVVƏLKİ QARŞILIQLI MÜNASİBƏTLƏRİ, TƏQSİRKARIN HADİSƏDƏN SONRAKI HƏRƏKƏTLƏRİ NƏZƏRƏ ALINMAYIB...?
Zərərçəkənə (azyaşlı nəvəmə) bıçaqın haradan dəydiyini göstərən şəkilini əlavə edirəm.
Hörmətli Prezident Cənabları !
Bütün bunlar nəzərə alınmayıb, nəticədə, Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırov, Cinayət Məcəlləsinin 41.2. Maddəsinə
- "Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir" ə - yox, SİZİN 10. 02. 2017-ci il tarixli Sərəncamınıza istinadı kobud qanun pozuntusudu. Çünki, həmin sərəncamda açıq şəkildə göstərilir ; - "... AZ AĞIR, xüsusilə İQTİSADİ FƏALİYYƏT sahəsində olan cinayətlər".
Hansı ki, CM-nin 126.1 - maddəsi bu Sərəncamın təsiri altına düşmür. CM-nin 126.1 - maddəsi ağır cinayətlər kateqoriyasına aiddir.
Bundan sonra, törədilmiş bu cinayət əməlinin ibtidai istintaqı düz 10 ay, bizim heç bir etirazımız, vəsatətimiz, işə əlavə olunması vacib bilinən maddi sübutlarımız qəbul edilmədən aparıldı. Yalnız bizi və yuxarılara etdiyimiz şikayətlərimizə cavab yazmaq üçün, (necə ki, utanmadan İndi də yazırlar, yada mesaj göndərirlər) CM-nin 126.1 - ci maddəsini guya ki, daha ağır, 126.2.4 və 221.3 maddəsinə dəyişdirilərək aparıldı. "Guya" nı ona görə deyirəm ki, əvvəldən ibtidai istintaqı necə başlamışdılar, yalnız maddəni dəyişməkdən başqa heç bir istintaq hərəkətləri aparılmadı. Hətda maddəni ağırlaşdırdılar, 126.2.4 və 221.3 tövsif etdilər, lakin Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırov təqsirləndirilən şəxsə vurğunluğunu, həbs qətimkan tədbiri seçməyərək, onu, yenə "ev dustaqlığı"na buraxmaqla sübut etdi. Çünki, bu cinayəti sifariş etməsi güman edilən şəxs ( istintaq boyu, hətda məhkəmə proseslərində də, bu öz təsdiqini tapdı ) deyib ki, - " Mən onu qoymayacam tutulmağa" əgər tutulsa, - " 3 il təqsirləndirilən şəxs iş alacaq, 1 il də zərərçəkən iş alacaq".
Əgər, bu günə qədər təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbiri seçilsə idi, o, bu cinayətin sifarişlə olduğun, şəxsən özü etiraf edib, onun icra etdiyini açıb deyəcəkdi.
Hörmətli Prezident Cənabları !
Bəlkə də, Azərbaycan Respublikası tarixinə utancan gətirən yeganə cinayət əməlidir ki, azyaşlının ölümünə cəhd edilsin, onun ürək nahiyyəsi tərəfdən, ard-arda çoxsaylı bıçaq xəsarətləri yetirilsin, insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələsin, bu cinayəti törədən təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbiri əvəzinə, "ev dustaqlığı" seçilsin. Hansı ki, törədilən əməlin sübutları ortadadı.
Həm də axı, Faktın, sübuta ehtiyacı yoxdu...
Yalnız onun mötəbərliliyi istintaq predmeti ola bilər.
Nədən bəs, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə, kim və ya nə mane olur...?
Bəlkə, harınlamış o uşağın "ərköyünlüyünə" ölkənin qanunların ayaqlar altına atıb, tüpürtdürürlər...?
Azərbaycan Respublikası Ali Məhkəmənin 03 noyabr 2009-cu il tarixli Plenumunun 2 saylı Qərarın 3 - cü bəndində tam açıqlığı ilə izah olunub.
- Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır.
MADDİ ƏSASLAR dedikdə TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN ona istinad edilən CİNAYƏT QANUNU İLƏ nəzərədə tutulmuş ƏMƏLİN TÖRƏDİLMƏSİNƏ aidiyyatı olmasını TƏSDİQ EDƏN SÜBUTLAR NƏZƏRDƏ TUTULUR .
Axı, istər mövcud qanunvericilik, istərsə də Ali Məhkəmənin 03 noyabr 2009-cu il tarixli Pleniimunun 2 saylı Qərarında da, məhkəmələrə tövsiyəsində göstərir ki, - " Məhkəmələrin nəzərinə çatdırılsın ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır".
Bu hal, hazırki cinayət işində də belədir.
Amma, hakim Zamiq Bağırov bunu Qərarında elə verir ki, guya, sifarişlə ölümə cəhd edilmə cəmiyyət üçün mənfi emosiya yaratmır.
Yuxarıda qeyd etdiyim kimi, 1 ay 22 gün bizdən gizlədilən qərarı alan kimi dərhal apellyasiya şikayəti verdik.
. Hakim Həsən Hüseyn oğlu Əhmədovun gərgin keçən, daha doğrusu gülüş doğuran məhkəməsi, hakim Zamiq Bağırovun çıxardığı qərəzli qərarı 13.10. 2023-cü il tarixli, 4(103) - 948/2023 saylı qərarı ilə qüvvədə saxladı. Ona görə gülüş doğuran deyirəm ki, hakimlərin biri, - (zərərçəkən nəvəmi nəzərdə tutub dedi) "azyaşlıdi ey bu, siz nə fikirləşirsiniz?" - deyəndən sonra, məhkəmə şəhəri günə qədər təxirə salındı. Səhər iclasında, zərərçəkmiş azyaşlı böyüyüdü(çünki, içəridə baş verən gərginliyi zalın müşahidə kamerası yaxşı göstərər) bilmirəm. Ancaq, Konstitusiya Məhkəməsinin 12 may 2009-cu Pleniimun qərarın belə nəzərə almadı.
— a) apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin NORMALARINA RİAYƏT EDİLMƏSİNİ hər bir halda, o cümlədən müvafiq olaraq apelyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə TƏLƏB İRƏLİ SÜRÜLMƏSƏ DƏ yoxlamalıdır;
İndi bunu necə başa düşək...?
Konstitusiya Məhkəməsinin ki, qərarı tövsiyə xarakterli deyil, QƏTİDİR.
Bəs onda niyə baxılmayıb...?
Hörmətli Prezident !
İndi mən Sizin diqqətinizə, bu cinayət işində bir çox prosesual qanun pozuntularını çatdıracam.
1. Cinayət işinin içində, təqsirləndirilən şəxsin hadisə yerini göstərərək çəkilmiş şəkili var. Həmin yerlə, müstəntiqlərin cinayət işində düzüb, qoşub yazıb və yaz(dir)dıqları, təsvir etdikləri yer arasında bir kilometrdən çox məsafə var. Buda, CPM-nin 289.3.1 maddəsinin tələblərini pozmaq deməkdir. (Bunu sübut edən video çəkilişimi təqdim edirəm-17 dəqiqə 35 saniyəlik video çəkiliş)
Bununla da, müstəntiqlərin əsas məqsədi, onlara tapşırılana uyğun, təqsirləndirilən şəxsin, məqsəd və niyətini, bu cinayət əməlini əvvəlcədən planlaşdırdığını, məqsədli şəkildə törədilməsini gizləməkdir.
Amma, ittiham aktında, eləcə də təqsirləndirilən şəxsin cinayət işinin içində olan, yuxarıda qeyd etdiyim İfadələrində də, bu cinayətin əvvəlcədən planlaşdırıldığını tam sübuta yetirir. Həmin ifadələr, məhz bu cinayətin əvvəlcədən planlaşdırıldığını və məqsədli şəkildə törədilərək, birbaşa ölümə cəhd olduğunu bir daha sübut edir.
İstintaq bunu gizlətmək üçün aşağıdakı qanun pozuntuların etdilər.
2. TŞ kamerasının və eləcədə yol boyu evlərin, obyektlərin, ən azından, bizim evin yanından hadisə yerinə qədər 200 metrlik yolun görüntülərinin çıxarılmaması.
Çünki, burada təqsirləndirilən şəxs ifadəsində də dediyi kimi, - 22-05- işdən çıxıb (CPM-nin 7.0.35) (təqsirləndirilən şəxsin iş yerindən bizim evin yanına qədər 800 metrdən yuxarı yolu) gəlib bizim evin yanından nəvəmi dediyi yerə getməsinə söyüşlə məcbur qoyaraq getməsi və özünün, şahid və şahidlərlə onun arxası ilə gedərkən, təqsirləndirilən şəxsin tez-tez arxa cibindən hadisədə istifadə olunan bıçaqı çıxardıb oynadaraq getməsi tam görünəcəkdir.
3. Zərərçəkənin xəstəxanada əynindən kəsilərək çıxarılan paltarın itirilməsi, yox edilməsi.
Bu da, zərərçəkənə bıçaqın haradan dəyməsini müəyyənləşdirməmək, bioloji ekspertizanın aparılmamasını və buna dair ekspert rəyinin alınmaması, ən əsası isə hadisədə istifadə olunmuş bıçaqın dəyişdirilməsinə zəmin yaratmaq olub.
4) Hadisədə istifadə olunan, NK-nin soyuq silah kriteriyalarına uyğun gələn bıçaqın cinayət işinin içindən çıxarıb, əvəzinə ona oxşar bıçaq qoyulması ən böyük cinayətdir.
Bunu sübut edəcək dəlillər ;
— Binəqədi Rayon Polis İdarəsində 6 ay, bıçaqın tanınmasına dair ardıcıl etdiyimiz tələbimiz, vəsatətimiz, etirazımız, yəni, hər iki tərəfi ağ kağızla örtülmüş oxşar bıçaq şəkili ilə aparılmasının ciddi prosessual pozuntu olduğunu çatdırmağımız...
— İstər Binəqədi Rayon Polis İdarəsində oxşar bıçaqın şəkili, istərsə də Bakı Baş Polis İdarəsində üzə çıxarılan bıçaq hansı səbəbdən, təqsirləndirilən şəxsin əlindən alıb kənara atan, və onu atılmış yerdən götürüb, 2 saata yaxın özündə saxlayan, sonra polisə təhvil verən digər şahidlərlə, Beybudov Turan Elgün oğlu, Beybudov Əhməd Elgün oğlu, Sərxanlı Əliheydər Şahin oğlu ilə maddi sübutun tanınmasına dair istintaq hərəkəti nədən aparılmadı və aparılmayıb...?
Çünki, hadisədə istifadə olunan bıçaqıda kəmərə keçirilən qarmaq (sancaq) olmayıb. Tanınmaya hazırlaşan, bundan ötürü vəsatətimizə uyğun həmin şahidləri çağıran zaman bizim yanımızda Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Mahmud Quliyevə, - "O bıçaqıda kəmərə keçrilən qarmaq (sancaq) olmayıb" - deyəndən sonra, həmin şahidlərlə tanınma istintaq hərəkəti aparmadı.
Sonrada, guya tanınmanın istintaqı uzadır deyib, vəsatətimizi, "lüzum görmədim" yazaraq rədd etdi.
Axı, Bakı şəhər Baş Polis İdarəsində ortaya çıxarılan bıçaqıda sancaq (qarmaq) var idi.
Əgər bu belədisə, bəs nədən, sifariş etməsi güman olunan, hər vəchlə bu işdən uzaq tutulan, özü də bu işi sifariş verməsini, hətda inkar edib, müstəntiqin yanında, - "hə, mən sifariş etmişəm" - deyən şəxslə hansı məqsədlə, maddi sübut sayılan bıçaqın tanınma istintaq hərəkəti aparılır...?
(İttiham aktiv 15-ci səhifə, cinayət işi 3-cü cild, 16 - 18-ci vərəq )
Bəlkə, sifarişi və bıçaqı elə o veribmiş...?
Müstəntiq bu istintaq hərəkəti ilə bunu demək istəyir...?
Digər, tanınma istintaqı aparılan şəxs isə təqsirləndirilən şəxsin özüdü. Hansı ki, o da, hadisədən özüdə düz 4 ay sonra, 29.11.2023 - cü il tarixdə verdiyi ifadəsində, müstəntiqin maddi sübut sayılan bıçaqın əlamətləri haqqında sualına cavabında deyir: - "bıçaqı yerdən tapdığımdan, hadisənin təsirində olduğumdan, bıçaqın əlamətləri haqqında dəqiq bir söz deyə bilmərəm" - deyən biri ilə maddi sübut sayılan bıçaqın tanınmasına dair tanınma hərəkəti necə aparılıb...?
Axı maddi sübut sayılan bıçaq, hadisə günü, 03.08.2023-cü ildə 40-cı polis bölməsinin əməkdaşına verilib. Bəs onda bu bıçaq, 5 aydan sonra, 09.01.2024 - cü il tarixdə müstəntiq Ramil Qabulov tərəfindən protokollaşdırılaraq (CPM-nin 128.1) cinayət işinə maddi sübut kimi əlavə edilir ;
Maddi sübut, cinayət işinə, o vaxt gec əlavə olunar ki, ya gec tapılsın və ya onu götürən şəxs gizlənsin, gec üzə çıxsın.
Onda belə bir sual yaranır ;
— bu müddətdə bıçaq harada olub...?
— müstəntiq Ramil Qabulov tərəfindən, 5 ayda, maddi sübut sayılan bıçaqın tanınma istintaq hərəkəti zamanı tərtib etdiyi protokolların hüquqi əhəmiyyəti nə dərəcədə düzdür...?
Hətda, bu cinayət əməlinin sifariş olmasını isbatlayacaq, sifariş etməsi güman olunan şəxsin, təqsirləndirilən şəxsin və eləcədə bu işdə adı şahid kimi keçən, amma hərəkət və əməlləri ilə hadisədə birbaşa təqsirləndirilənə kömək edən üç şəxsin, hadisədən bir həftə əvvəl və eynən bir həftə sonra telefon antena dairələrinin, zənglərinin, mesajlaşmalarına, Whatsapp danışmalarına dair aidiyyatı qurumlara sorğu verilməsi barədə vəsatətimizin təmin olunmaması üçün müstəntiq Mahmud Quliyev və Bakı şəhər Prokuror müavini Mobil Şəfiyev cənabının çıxardığı "hoqqa" ağılasığmaz dərəcədə cinayət əməlidi. Bunlar vəsatətin təmin olunmaması üçün, adı cinayət işində şahid kimi keçən digər şəxslərin də adların bizim vəsatətə əlavə edib, müddət, vaxtı isə, 10 gün əvvəldən və hadisədən 5 ay sonraya tərtib edib verdikləri təqdimat düzgün olaraq Xətai Rayon Məhkəməsinin Qərarı ilə rədd edilib. Çünki, bu qədər vaxt, müddət və eləcədə çox şəxsin əlavə edilməsi birbaşa vətəndaş azadlığı haqqında qanuna ziddir. Bu bilərəkdən edilmişdi. Əgər bizim verdiyimiz vəsatət məhkəməyə o təqdimatla verilsə idi, mütləq qəbul olunub, cinayət üçün mühüm əhəmiyyət kəsb edən sübutlar ortaya çıxacaqdı.
Niyə mən Xətai Rayon Məhkəməsinin düzgün qərar qəbul etmədiyini demirəm...?
Əgər qərəzliyəmsə, qoy buna da qərəzli yanaşımda...
Buna dair etdiyim şikayətdə təmin edilmədi. Məhz Mobil Şəfiyev tərəfindən.
Çox hörmətli Prezident Cənabları !
İndi, harın bir uşağın sifarişi ilə, bu boyda dövlətin qanunların ayaqlar altına atıb tapdalatdırıb, hüquq anlayışına, ədalətəinə tüpürtdürmək, bu dövlətin imicinə xələl gətirmir ...?
Sonra da, bu boyda cinayətin istintaqın qərəzli aparıb Ədalət mühakiməsinin, qərəzli, sifarişlə aparılmış bir istintaqın yedəyinə bağlayıb, qeyri-obyektiv aparılmış işi təsdiqlətdirmək nə dərəcədə doğrudu...?
Müstəntiq təqsirləndirilən şəxs üçün şahid axtarır, hakim isə, təqsirləndirilən şəxs üçün 44 günlük Vətən Müharibəsində olması barədə "arayışın" lazım olduğun deyir.
Bu barədə, daha doğrusu sifarişi tələsik icra etmək üçün dəridən-qabıqdan çıxan Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Xanım Məmmədzadə CPM-nin bir çox bəndlərini pozmasına dair, Konstitusiyanın 8 maddəsinin 4-cü bəndini rəhbər tutaraq sonra yazacam...
Cənab Prezident !
Son olaraq Sizdən xahiş edirəm. Bu iş ciddi araşdırılsın, əks təqdirdə səsimin Sizə çatdırılması üçün bütün vasitələrdən istifadə edəcəm.
İmza : Comərdov. E. S
**********
05.08.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Surəti :Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq və Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.
Surəti : Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənabına.
Surəti :Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən ərazisi, fərdi evdə yaşayan,
230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi Comərdov Elxas Səfi oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ.
Cənab Prezident !
Çox hörmətli Mehriban Xanım !
Hörmətli Samir müəllim !
Hörmətli Fuad müəllim !
Hörmətli Əli müəllim !
Hörmətli Fərid müəllim !
Hörmətli Xanlar müəllim !
Hörmətli Kamran müəllim !
XƏSARƏTİN ƏLAMƏTLƏRİ...
Bu gün, düz bir il əvvəl, 03.08.2023-cü il tarixdə, azyaşlı nəvəm Beybudov Elcan Elgün oğluna qarşı, sifarişi güman doğuran, öldürülməsinə cəhd edilərək sol qolu altından, 8 - 9 - cü qabırğalarası nahiyyədən çoxsaylı bıçaq xəsarəti yetrilmiş, insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələmiş, ağır cərrahiyyə əməliyyatına məruz qalmış cinayət hadisəsi baş vermişdir.
BU CİNAYƏTİN ÖLÜMƏ CƏHD OLMASINI SƏCİYYƏLƏNDİRƏN MÖVCUD QANUNLAR.
Ali Məhkəmənin 12 dekabr 2002-ci il tarixli 3 saylı QƏRARIN 2-ci bəndində, aydın şəkildə, ibtidai istintaqı aparan müstəntiqlərə və məhkəməyə tövsiyyə edilir ki,
— "Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı, qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir".
İNDİ İSƏ, TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN BU CİNAYƏTİ QƏSDLƏ, NƏTİCƏSİ QABAQCADAN GÖRÜNƏN, MƏQSƏDLİ ŞƏKİLDƏ HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR SÜBUTLAR.
Təqsirkarın 06.08.2023 - ci il saat 11-05-də başlayıb, 12-10-da tamamladığı və 4 ay sonra, 29.11.2023 - cü il 11-35-də başlayıb, 12-05-də qurtaran, eynən təkrarladığı ifadəsində - "tanışlarla demişdim ki, - " Elcanı harada görsəniz mənə bildirin" ifadəsi və eləcədə, bu cinayət işində adı şahid kimi keçənin, -təqsirləndirilən şəxslə aralarındakı söhbətdən gətirdiyi, ifadəsində yazdığı, - "təqsirləndirilən şəxs, iki barmağın bıçaqın ağzına sürtərək, zərəçəkəni gözləyir, zərərçəkən üçün itləmişəm" - səs yazısı və eləcə də bunu, 30. 09. 2023-cü il tərixdə saat 17-40 - da başlayıb, 18 - 25 - tamamladığı ifadəsində yazaraq təsdiqləmişdir.
Nəticəsi məlum olan baş vermiş bu cinayət, mövcud, Azərbaycan Respublikasının CM-nin 29 və eyni zamanda 120.2.4 maddələrinin tələblərin özündə ehtiva edir.
Amma, Binəqədi Rayon Prokurorunun prosessual nəzarəti altında, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində, bu cinayət əməlinə görə CM-nin 126.1 ilə cinayət işi başlandı.
Təqsirləndirilən şəxs barədə Binəqədi Rayon Məhkəməsinə 126.1 - ci maddənin tələbinə uyğun həbs qətimkan tədbirinin seçilməsi üçun təqdimat verilir. Lakin hakimi Zamiq Bağırov, Prezident Cənabları Sizin, 10. 02. 2017-ci il tarixli Sərəncamınıza istinad edərək həbs qəti imkan tədbirini, "ev dustaqlığı" ilə əvəzlənməsini dair qərar çıxarır. Hansı ki, həmin Sərəncamda açıq şəkildə göstərilir ki, - "AZ AĞIR, XÜSUSİLƏ İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ CİNAYƏTLƏR".
Axı, Azərbaycan Respublikası CM-nin 126.1 - ci maddənin tələbindən də görünür ki, baş verən bu cinayət nə az ağırdı, nə də iqtisadi fəaliyyət sahəsi deyil. Bu cinayət birbaşa "Ağır Cinayətlər" kateqoriyasına aiddir.
Ona görə də, prosessual nəzarəti həyata keçirən Binəqədi Rayon Prokuroru Fuad Məmmədov bu qərardan protest verməli idi. Amma vermədi. Hətda, həmin Qərar bizdən 1 ay 22 gün, "hələ hazır deyil" - kimi müxtəlif bahanələrlə gizlətdildi.
Ancaq, Prokuror Fuad Məmmədov, əksinə, bizə təziq vasitəsi kimi, 4 ay əvvəl CM-nin 180-cı maddəsi ilə cinayət törətmiş, lakin törətdiyi cinayətin peşmançılığını, vurduğu ziyanı ödədiyini, barışıq ərizəsi olduğunu, ona qarşı heç bir tələbin olmadığını, öhdəsində 4 azyaşlı uşağın olmasını əsas gətirərək, məhkəmə zalından azadlığa çıxmış, zərərçəkən nəvəmin atası, kürəkənimin işin yenilətdirib, protest verib məhkəmə qarşısına çıxartdırdı.
MƏQSƏD...?
Bu hal qanunçuluğun keşiyində dayanma yox, bizə, təziq idi. Özüdə, nəvəmin ölümünü sifariş etməsi güman olunan adama verilən sözün - "narahat olmayın" bir növ arxayınçılıqa hesablanmış gediş idi.
Belə ki, biz, nəvəmə qarşı törədilən cinayətdə, qarşı tərəflə barışığa getməyimizdən ötürü qurulmuş, bizə qarşı təziq vasitəsi idi. Hətda buna görə məhkəməni 4 dəfə təxirə saldıtdırıb, təqsirləndirilən tərəfin adamın 4 dəfə qapımıza göndərtdirdi. Bu işdə, hətda, Bakı şəhər Prokurorunun müavini Mobil Şəfiyevin də "canfəşanlıqı" az olmadı. Düzdü bu işdə mən Fuad Məmmədov cənabını günahkar görürəm, bəlkə də, elə bu işi bu məcrada aparılmasının arxasında birbaşa Mobil Şəfiyev cənabıdı...?
Amma, bu cinayət işində bircə şeyi bilirəm, hər iki prokuror, heç bir qanunçuluğu gözləmədən cinayət işinin bu istiqamətdə aparılmasında, bundan kənara çıxılmamasında, yəni, güman olunan sifarişçini gizlətməkdən, bu işdən kənar saxlamaqdan ötürü etdikləri "fədakarlıqlarının" heç bir hüququ əsası yoxdu. Bunu, qanunların bizə verdiyi hüquqlarla verdiyimiz etirazların, vəsatətlərin, etdiyimiz şikayətlərdən qoyduğumuz tələblərin birbaşa və ya dolayısı ilə ləğv edilməsi, təmin edilməməsi, ən əsasıda, bizə, cavab belə verilməməsi dediklərimə əyani sübutdur.
Ancaq, biz bütün bu basqılara rəğmən barışığa getmədiyimizə görüb, məhkəmə qərarı ilə, 4 ay əvvəl zaldan azad olunmuş şəxsi, yenidən məhkəmə qarşısına çıxartdırıb, 1 il 11 ay ev dustağlığına məhkum etdirdilər.
Hörmətli Cənablar !!!
Bu iki cinayət işi arasında özünüz indi müqaisə apara bilərsinizmi...?
Ölümə cəhd etmiş, CM-nin 126.1 və sonra həmin məcəllənin 126.2.4 və 221.3 - maddəsi ilə məhkəmə qarşısına çıxarılmış təqsirləndirilən şəxs polis nəzarətinə verilir, ancaq CM-nin 180-cı maddəsi ilə cinayət etmiş, yuxarıda sadaladığım, peşmançılıq, dəymiş ziyanın ödənilməsi, barışıq ərizəsi, barəsində heç bir iddia tələb olmayan, öhdəsində 4 azyaşlı uşaqların olmasına baxmayaraq şəxsi 1 il 11 ay ev dustaqlığına məhkum etdirmək. Başa düşürəm, o əməldə ağır cinayətdir, amma, ölümə cəhd deyil. Həmdə, hakim Zamiq Bağırovun istinad etdiyi, "cəzanın hümanistləşdirilməsi" yüngülləşdirici halların heç olmasa, ən azından biri olmasa idi bu əmələ şamil oluna bilərdi.
Bütün bunlar bilirsiniz bizdə niyə şübhə yaradıb...?
Hadisədən bir neçə gün sonra adı bu işdə şahid kimi keçən şəxsin, ölümü sifariş etməsi güman olunan şəxsin adından, öz aralarında danışdıqlarından, dediyi, - "Mən onu qoymayacam tutulmağa, tutulsa da 3 il Vüsal iş alacaq, 1 il də Elcan" - sözünün arxayınçılıqı bu bir il ərzində öz təsdiqini tapıb.
Təqsirləndirilən şəxs tutulmur, hətda Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Xanım Məmmədzadə, - "bunları neyləyirəm, 44 günlük müharibədə iştirak edib, ya etməyibə dair arayış bəsdi" - söyləməsi, bu işin hələdə, cızdığları plan üzərində getdiyini göstərir. Odur ki, hələ, bu gün bu işlə bağlı istintaq aparan MÜSTƏNTİQLƏR, bu işə nəzarət edən prokurorluq işçiləri, bizim haqlı tələbimizi bizə hər dəfə, - "müraciətimiz, şikayət ərizəniz tədbir görülməsi üçün..." hansısa idarəyə göndərilməsini yazan vətəndaş məktublarına cavabdeh şəxslərin səfərbər olması çox acınacaqlı vəziyyəti ortalığa çıxarır. Elə anlam yaradırlar ki, ölkə idarə olunmur, ya da, zor gücünə idarə edilir.
Cənab Prezident !
Və adı bu müraciətdə keçən dövlət məmurları.
İNDİ İSƏ PEŞƏKAR SAYDIĞINIZ HÜQUQ - MÜHAFİZƏ ORQANLARININ BU CİNAYƏT İŞİNDƏ ETDİKLƏRİ KOBUD QANUN POZUNTULARI VƏ YA DAHA DOĞRUSU ETDİKLƏRİ CİNAYƏTLƏR HAQQINDA.
1. TŞ kamerasının, eləcədə, bir klometirdən yuxarı yol boyu obyekt və evlərin, hadisə baş verən yeri tam çəkə bilən ərazidə yerləşən BİNƏQƏDİ neftin inzibati binasının 6 ədəd kamera görüntülərinin çıxarılmaması.
SƏBƏB VƏ İSTİNTAQIN MƏQSƏDİ...
Kamera görüntüləri tam aydın göstərəcəkdi ki, təqsirləndirilən şəxs, iş yerindən, bizim evə qədər 700 - 800 metrlik yolu gəlib, evimizin yanında zərərçəkmiş nəvəmə, söyüş qoyaraq əvvəldən müəyyənləşdirdiyi yerə getməsinə məcbur qoyaraq, nəvəmin, deyilən yerə velosipedlə getməsi, təqsirləndirilən şəxslə, şahidin onun, nəvəmin arxasıyca, şahidin də dediyi kimi, - "arxa cibindən hadisədə istifadə etdiyi soyuq silah sayılan bıçaqı çıxardıb oynadaraq, yenidən cibinə qoyaraq" - getməsi görüntülərdə təsdiqini tapacaqdı.
2. Çoxsaylı bıçaq xəsarətləri almış, ölümünə cəhd edilmiş nəvəmin əynindən xəstəxanada kəsilərək çıxarılan paltarların itirilməsi, yox edilməsi.
SƏBƏB VƏ İSTİNTAQIN MƏQSƏDİ.
a) xəsarətlərin haradan yetirilməsinə dair ekspertin rəyinin alınmaması üçün ;
Çünki, ekspert paltar üzərində bıçaqın haradan dəydiyini müəyyən edib rəy verəcəkdi.
Daha, sifariş etməsi güman olunan şəxsin əmisinin hərbi həkim, polkovnikin ekspert və həkimlərə yazdırdığı kimi, - "qarına nüfuz edən" xəsarətlər yazdırmazdı. Hansı ki, zərərçəkənin qarnında bir dənə də olsun bıçaq izi yoxdu və olmayıb. Belə çıxır ki, bıçaq çox uzun olub.
b) bioloji ekspertizanın rəyinin alınmaması,
Hansı ki, ekspertizanın işin içində olan rəyində bıçaqın üzərində təqsirləndirilən şəxsin qanı olub.
Bəs onda, nəvəm hansı bıçaqla xəsarət alıb...?
Bu necə olur, 4 bıçaq xəsarətləri yetirilən şəxsin qanı bıçaq üzərində yoxdu, amma, hələdə, ibtidai istintaqın bu gündə aydınlaşdırıb ortalığa çıxarda bilmədiyi, təqsirləndirilən şəxsə az ağır yetirilən xəsarət onun baldırından yetirilib, yoxsa budundan...?
Həmin qan bıçaq üzərində necə olub...?
d) xəstəxanadan paltarın götürülməsi və yaxudda itirilməsi bıçaqın dəyişdirilməsinə zəmin yaratmaq üçün edilib ;
3. Hadisə yerinə baxış zamanı, təqsirləndirilən şəxsin hadisə yerini göstərərək çəkilən şəkili və müstəntiqlərin hadisə yeri kimi protokollarda və ittiham aktında təsvir edərək hadisə yeri kimi göstərdiyi yer arasında bir kilometrdən çox məsafə var. 17 dəqiqə 33 saniyəlik birbaşa çəkdiyim video çəklişimi də əlavə edirəm.
Bu da, CPM-nin 289.3.1 - ci maddənin tələblərinin kobud surətdə pozulması deməkdir. Budada...,
SƏBƏB VƏ İSTİNTAQIN MƏQSƏDİ nə olub...?
Yuxarıda da qeyd etmişəm, yenə də vurğulayıram, təqsirləndirilən şəxs, öz ifadəsində də göstərib ki, - "22 - 05 - də (CPM-nin 7.0.35) işdən çıxıb, evimizə gedındə.. " yəni bizim evin yanına qədər 700 - 800 metrlik məsafəni, sonra isə 300 metrlik məsafəni məsafəni gedib, əvvəlcədən müəyyənləşdirdiyi yerdə, planlaşdırdığı kimi, niyyətini, məqsədini həyata keçirdiyini, istintaqçılar, MÜSTƏNTİQLƏR gizləməklə, guya hadisə "Onur" marketin, yəni, təqsirləndirilən şəxsin iş yerinin yaxınlığında yazıb, məqsəd və niyəti, nəticəsi məlum olan bu cinayəti əvvəlcədən planlaşdırdığını, hətda hadisə yeri də seçdiyini gizləmək olub. Bu da, ölümə cəhdi gizlətməkdi.
4. Hadisədə istifadə olunan bıçaqın cinayət işinin içindən çıxarılıb, ona oxşar bıçaqın əlavə edilməsi.
ƏSAS VƏ SÜBUT:
a) İlk müraciətimdən yazıram, yazmışam ki, müstəntiq Ramil Qabulov, maddi sübutun (CPM-nin 128.1) tanınma istintaq hərəkətin, hər iki tərəfi ağ varaqla örtülmüş bıçaqın şəkili ilə aparır, əhəmiyyət verən olmadı. Bu hal düz 6 ay davam etdi...
b) Bu cinayət işi Bakı şəhər Baş Polis İdarəsində veriləndən sonra, ortalığa çıxarılan müxtəlif (hansı ki, oxşar bıçaqlar olmalı idi) bıçaqlar arasında bıçaqın tanınma istintaq hərəkəti apararkən şahidlər, bıçaqı təqsirləndirilən şəxsin əlindən alıb kənara atan və onu kənara atılmış yerdən götürüb, iki saata yaxın özlərində saxlayan və sonra polisə təhvil verən şahidlər, bıçaqı görən kimi, - "o bıçaqın kəmərə keçrilən sancaq (qarmaq) yeri yox idi",- deməsindən sonra həmin şahidlərlə maddi sübutun tanınma istintaq hərəkətini aparmadı.
d) Axı maddi sübut sayılan bıçaq, hadisə günü, 03.08.2023-cü ildə 40-cı polis bölməsinin əməkdaşına verilib. Bəs onda (128.2) bu bıçaq, 5 aydan sonra, 09.01.2024 - cü il tarixdə müstəntiq Ramil Qabulov tərəfindən protokollaşdırılaraq cinayət işinə necə maddi sübut kimi əlavə edilib...?
Hansı ki, maddi sübut, cinayət işinə, o vaxt gec əlavə olunar ki, həmin maddi sübut ya gec tapılsın və ya onu götürən şəxs gizlənsin və yaxudda gizlətsin, gizlətdiyi yer yadından çıxsın.
Onda belə bir sual yaranır ;
— bu müddətdə bıçaq harada olub...?
— müstəntiq Ramil Qabulov tərəfindən, 5 ayda, maddi sübut sayılan bıçaqın şəkil üzərində apardığı tanınma istintaq hərəkəti zamanı tərtib edilən protokolların hüquqi əhəmiyyəti nə dərəcədə düzdür...?
Prezident Cənabları.
Bu hələ, qərəzli, sifarişlə, qeyri obyektiv aparılan cinayət işi zamanı MÜSTƏNTİQLƏR və prokurorluqun sifarişi gizləmək üçün etdikləri cinayət əməllərdir.
Əgər təqsirləndirilən şəxs həbs olunsaydı bu işin sifarişli olduğu ortaya çıxarılacaqdı və CM - nin 29 və eyni zamanda 120.2.4 maddələrinin tövsif ediləcəkdi.
Amma, bunlar bizi aldatmaq üçün, guya maddəni ağırlaşdlrdılar deyib, CM-nin 126.1 - ci maddəsini, 126.2.4 və 221.3 maddəsinə tövsif edərək istintaq apardılar. Yenə hakim Zamiq Bağırov təqsirləndirilən şəxs üçün ev dustaqlığı seçdilər.
Hansı ki, bu cinayət əməlində 221.3 maddənin əsasını yaradacaq əməl yoxdu...
İndi də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Xanım Məmmədzadə bütün varlığı ilə bu cinayəti yekunlaşdırıb höküm çıxarmağa tələsir.
Odur ki, lap on il olsa belə haqqımız uğurunda mübarizəmi davam etdirəcəm. Daha böyük cinayətlər edilməmiş, sifarişlə ölümə cəhd etmiş təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, ibtidai istintaq ciddi qanun pozuntuları ilə aparıldığından, işə xitam verilsin, yenidən prokurorluğa qaytarılsın və bu cinayət əməli, CM-nin 29 və eyni zamanda 120.2.4 maddəsinə tövsif edilib, obyektiv istintaqı aparılsın.
Əgər, istintaq obyektiv aparılsa, mən, bu cinayətin sifarişlə olmasın sübut edəcəm.
Bu bir ildə bizə yaşatdıqları iztiraba görə haqqımı sübut edənə qədər gedəcəm.
Əlaqə telefonum (055) 288-05-19, (051) 904-28-73
İmza: Comərdov. E. S.
27.07.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev cənabına.
Surəti :Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq - Mühafizə Orqanları ilə iş Şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov cənabına.
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov cənabına.
Surəti : Bakı şəhər Prokuroruna.
Surəti : Bakı şəhər Baş Polis İdarəsinin rəisinə.
Surəti : Binəqədi Rayon Prokuroruna.
Surəti : Binəqədi Rayon Polis İdarəsinin rəisinə.
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən ərazisi, fərdi evdə yaşayan,
230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi Comərdov Elxas Səfi oğlu tərəfindən
ƏRİZƏ
HÖRMƏTLİ PREZİDENT CƏNABLARI !
BİZ NƏ VAXTA QƏDƏR SƏKKSƏKƏDƏ, QORXU İÇİNDƏ YAŞAYACAYIQ...?
Ağır cinayət törətmiş, azyaşlı NƏVƏMƏ qarşı ölümə cəhd etmiş təqsirləndirilən şəxsin düz bir il əvvəl, 03.08.2023-cü ildə, törətdiyi cinayətə görə bu günə qədər həbs edilməməsi, bizim rahatlığımızı pozur .
Bunu kim himayə edir, onun həbs olunmasına kim imkan vermir...?
YAXŞI, TUTMURLARSA, TUTULMAĞINA İMKAN VERMİRLƏRSƏ, HEÇ OLMASA BİZİM RAHATLIĞIMIZI POZMASINLAR.
NİYƏ GÖRƏ MƏN BELƏ DÜŞÜNMƏLİYƏM Kİ, BİZƏ QARŞI TÖRƏDİLƏN HƏR HANSI, RAHATLIĞIMIZI POZAN HƏRƏKƏT, HAQQIMI, HÜQUQUMU QORUMALI HÜQUQ MÜHAFİZƏ ORQANLARININ MƏNİ SUSDURMAQ ÜÇÜN, CİNAYƏT TÖRƏTMİŞ TƏRƏFİN ADAMLARI İLƏ TƏXRİBATA ÇƏKMƏKDİR...
NİYƏ MƏN BELƏ DÜŞÜNÜB, GECƏ QORXU İÇİNDƏ YATIB, HƏMİŞƏ AÇIQ QALAN HƏYƏT QAPIMI AÇAR İLƏ BAĞLAMALIYAM...?
AXI NİYƏ...?
Çox hörmətli Prezident Cənabları !
Axı, İnsanın həyat və sağlamlığının qorunması onun vətəndaşı olduğu dövlətin ali məqsədlərindən biridir. Bu müddəa, yəni, insanın azadlıq hüququ və təhlükəsiz yaşamaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 27 və 31-ci maddələrində öz əksini tapmışdır.
BƏS NİYƏ MƏNİM, AİLƏMİN KONSTİTUSİYA İLƏ QORUNAN RAHATLIĞI POZULMALIDIR...?
ARTIQ 3 - 4 - CÜ DƏFƏDİR Kİ, BİZİ, DAHA DOĞRUSU NƏVƏMİ TƏXRİBATA ÇƏKİRLƏR.
Bir müddət əvvəl, 5 - 6 ay bundan öncə, Binəqədi Rayon Məhkəməsi qarşısında, ölümünə cəhd edilmiş NƏVƏMİ təqsirləndirilən şəxs Mayılov Vüsal Laçın oğlu, "sözüm var" - deyib kənara çəkərək, nəvəmin də heç yaxşı tanımadığı şəxsin adından, nəvəmin anası, qızım haqqında, olmazın pis sözlərin, guya ona dediyini nəvəmə çatdırıb. Bu da, nəvəmi, istər anasına qarşı, istərsə də həmin şəxsə qarşı cinayət etməyə sövq etmə vadar qoyulması deyilmi...?
Təxribat xarakterli bu cür hallar çox olub.
Amma, bu gün, gecə saatlarında, səs - küyə ayılıb görüb və eşidirəm ki, bu dəfə, nəvəmə qarşı ölümə cəhd edilərkən, əməli şübhə doğuran, ancaq adı hadisədə şahid kimi çəkilən Röyal Asif oğlu Məmmədli, sosial şəbəkə üzərindən, yanında dostları ilə, (bəlkədə bu təqsirləndirilən şəxsdə orada olub) sosial şəbəkə canlı yayım açaraq, nəvəmə qarşı söhbətlər edib, onu, haqq-hesab çəkməyə məcbur qoyub. Nəticədə, durub görürəm ki, ailə üzvlərim, nəvəmi sakitləşdirmək üçün cəhdlər edirlər.
Bundan sonra mən, həmin an gecə saatlarında DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişəm.
Niyə bir vətəndaş kimi rahatlığım pozulmalıdır...?
Kimin üzündən...?
Açıq deyirəm.
Hüquq-mühafizə orqanları tərəfindən açıq - açıqına himayə olunan, qorunan, ağır cinayət törətmiş birinə, qanunları ayaqlar altına atmaqla yaradılan şəraitə görəmi...?
Axı, bu kimi hal, - Azərbaycan Respublikası Ali Məhkəmənin 03 noyabr 2009-cu il tarixli Plenumunun 2 saylı Qərarın 3 - cü bəndində tam açıqlığı ilə izah olunur.
- Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır.
Maddi əsaslar dedikdə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərədə tutulmuş əməlin törədilməsinə aidiyyatı olmasını təsdiq edən sübutlar nəzərdə tutulur.
Sübutlar yetərincədir...
Axı, istər mövcud qanunvericilik, istərsə də Ali Məhkəmənin 03 noyabr 2009-cu il tarixli Pleniimunun 2 saylı Qərarında da, məhkəmələrə tövsiyəsində göstərir ki, - " Məhkəmələrin nəzərinə çatdırılsın ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır".
Çox hörmətli Prezident Cənabları !
İndi siz deyin, bütün bunlar cəmiyyətdə azyaşlı ya qarşı, ürək nahiyyəsi tərəfdən çoxsaylı, insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələmiş, 4 bıçaq xəsarəti yetirərək, ölümə cəhd etmiş birinə yaradılan şəraitin doğurduğu cəmiyyətdə yaratdığı mənfi emosiya və emosiya nəticəsində törədilə biləcək təhlükə deyil...?
Xahiş edirəm, bu barədə təcili olaraq ciddi tədbir görülsün.
Əks təqdirdə, belə təxribata çəkilərək baş verə biləcək hər hansı hadisədə, məsuliyyət ölümə cəhd etmiş şəxsə himayədarlıq edən hüquq - mühafizə orqanlarının üzərinə düşəcək.
İmza : Comərdov. E. S
Əlaqə telefonum :(055) 288-05-19 ; (051) 904-28-73