6-08-2023, 10:53 Oxunub: 2312

Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib

Əslən Füzuli rayonundan olan şəhid Samir Səməd oğlu Xudiyevin anım günü keçirilib. ATATV. AZ xəbər verir ki, mərasim şəhidin dəfn olunduğu Ramana qəsəbə qəbirstanlığından başlayıb. Öncə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar ediblər. Daha sonra iştirakçılar gənc şəhidin keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs edib. Anım mərasimində "Dəmir Yumruq Alfa-A" cəmiyyətinin rəhbəri Ülviyyə Vasifqızı, Cəmiyyət üzvləri, şəhidin ailə üzvləri, qazilər, din xadimləri və ATATV. AZ xəbər saytının, İctimai Xəbər Agentliyi MMC-nin rəhbəri, baş direktor Rəsafil Bayramov iştirak edib. Çıxışçılar şəhidin gənc, ancaq cəsur xislətli, qorxmaz və vətənpərvər gənc olduğunu bildirib, haqqında geniş bəhs ediblər.
Əslən Füzuli rayonun Əhmadalılar kəndindən olan Samir Xudiyev 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya göz açıb. Ailədə üç övlad- iki qardaş və bir bacı olublar. Mehriban və qayğıkeş xarakteri ilə seçilib. Samir həm də orta məktəbdə tərbiyəsi və təhsili ilə müəllimlərinin sevimli şagirdi olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq istəsə də, arsuzu baş tutmayıb. 2021-ci ilin iyulunda isə həqiqi hərbi xidmətə yollanıb. Laçın rayonu istiqamətində şərəflə hərbi xidmətini yerinə yetirib. Avqust ayının 5-də Laçın rayonunda şəhidlik zirvəsinə ucalıb. Ailəsi bildirir ki, sonuncu dəfə şəhidliyindən iki gün öncə, 2022-ci ilin avqust ayının 3-də atası ilə danışıb. Nəşi bir gün sonra, avqust ayının 6-da Ramana qəsəbə qəbirstanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.

ATATV. AZ xəbər verir ki, məzar ziyarətindən sonra şəhid Samir Xudiyevin ilk ildönümü ilə bağlı Ramana qəsəbəsində yerləşən "Halal" mərasim evində, anım mərasimi keçirilib, şəhidin adına ehsan verilib. Bir daha ruhuna dualar oxunub, xatirəsi yad edilib.

Qeyd edək ki, 20 yaşlı şəhid subay olub.

Mərasimlə bağlı hazırlanan video material yaxın günlərdə yayımlanacaq.

İctimai Xəbər Agentliyi MMC-nin və ATATV. AZ xəbər saytının təsisçisi, baş direktoru Rəsafil Bayramov

Operator, fotomuxbir : Rövşən Bayramov

Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib.

Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Gündəm / Sosial Bakıda şəhidlə vida mərasimi keçirilir - FOTOLAR Bakıda şəhidlə vida mərasimi keçirilir - FOTOLAR Gündəm Vətən müharibəsinin başlamasından 2 il ötür Vətən müharibəsinin başlamasından 2 il ötür Sosial Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi Gündəm / Dünya Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim