Bu gün, 18:41 Oxunub: 28

ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT

İnsan Hüquqları Müdafiəsi — “Defending Human Rights” şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov və hüquqşünas-vəkil Həzi Həzizadə Rafiq oğlu bu gün böyük bir şirkətin hüquqlarının müdafiəsi ilə bağlı mühüm hüquqi prosesdə iştirak ediblər.
Hüquqi məsələnin araşdırılması çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində müvafiq araşdırmalar aparılıb.
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun bildirdiyinə görə, aparılan araşdırmalar zamanı məsələyə yüksək səviyyədə diqqət göstərilib, hüquqi məsələlərə obyektiv və şəffaf yanaşma nümayiş etdirilib. Araşdırma prosesində tərəflərin mövqelərinin dinlənilməsi və məsələnin qanunvericiliyin tələbləri çərçivəsində nəzərdən keçirilməsi xüsusi əhəmiyyət daşıyıb.
İsmayıl Zalov bildirib ki, proses zamanı şəffaflıq, obyektivlik, qanunun aliliyi və vətəndaş məmnunluğu prinsiplərinin diqqətdə saxlanılması müsbət hal kimi qiymətləndirilir.
Bu yanaşma dövlət qurumları ilə vətəndaşlar, sahibkarlar və hüquq müdafiəçiləri arasında qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
MİKAYIL CABBAROVUN RƏHBƏRLİYİ İLƏ BAĞLI MÜSBƏT QİYMƏTLƏNDİRMƏ
Azərbaycan Respublikasının iqtisadi inkişafında, sahibkarlıq mühitinin təkmilləşdirilməsində, vergi inzibatçılığının müasir tələblərə uyğunlaşdırılmasında və dövlət–sahibkar münasibətlərinin inkişafında İqtisadiyyat Nazirliyinin fəaliyyəti mühüm istiqamətlərdən biridir.
Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətində şəffaflığın, rəqəmsallaşmanın, müasir idarəetmə prinsiplərinin və sahibkarlarla konstruktiv dialoqun inkişaf etdirilməsi istiqamətində görülən işlər diqqət çəkir.
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov hesab edir ki, dövlət qurumlarında qanunun tələblərinə uyğun, obyektiv və şəffaf araşdırmaların aparılması həm hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə, həm də vətəndaş və sahibkar məmnunluğunun təmin olunmasına xidmət edir.
Bu gün baş tutan hüquqi proses də göstərdi ki, müraciətlərə diqqətlə yanaşılması, məsələlərin araşdırılması və tərəflərin hüquqlarının nəzərə alınması ədalət və qanunun aliliyi prinsiplərinin praktiki əhəmiyyətini artırır.
İnsan Hüquqları Müdafiəsi — “Defending Human Rights” şirkəti bundan sonra da insan və sahibkarlıq subyektlərinin hüquqlarının qanun çərçivəsində müdafiəsi, hüquqi maarifləndirmənin gücləndirilməsi və ədalət prinsiplərinin təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək.
Hüquq var olduğu müddətdə müdafiə də var.
Ədalət, şəffaflıq və qanunun aliliyi — hüquqi dövlətin əsas dayaqlarıdır.
ARHD.MEDIA

ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi Gündəm / Siyasət PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir Gündəm / Dünya İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət Rusiya Federasiyası Ali Məhkəməsində görüş keçirilmişdir Rusiya Federasiyası Ali Məhkəməsində görüş keçirilmişdir Gündəm / Dünya