«Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük
Müasir Azərbaycan dövlətinin inkişafı hər bir vətəndaşın öz peşəsində göstərdiyi fədakarlıq və məsuliyyətli yanaşma ilə sıx bağlıdır. Xalqın rifahı, ölkənin tərəqqisi və gələcəyin möhkəm təməllərinin qurulması üçün sadəcə dövlətin siyasəti deyil, eyni zamanda işinə vicdanla yanaşan, dövlətçiliyə sadiq, xalqın maraqlarını hər zaman üstün tutan peşəkar insanların da fəaliyyəti mühüm rol oynayır. Bu mənada «Körpü-Bina-Tikinti» Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xəlil Göyüşov nümunəvi vətəndaş, işgüzar rəhbər və işinin əsl peşəkarı kimi tanınır. Onun fəaliyyəti təkcə rəhbərlik etdiyi müəssisənin uğurları ilə ölçülmür, həm də dövlətçilik mövqeyi, vətəndaşlara göstərdiyi qayğı, sosial məsuliyyətə əsaslanan yanaşmaları ilə dəyərləndirilir.
«Körpü-Bina-Tikinti» MMC illərdir Azərbaycan iqtisadiyyatında, xüsusilə də tikinti sektorunda özünəməxsus imza atıb. Bu müəssisənin uğurlarının arxasında isə səriştəli idarəçilik dayanır. Xəlil Göyüşov işinin bütün mərhələlərində müasir idarəetmə metodlarını tətbiq edir, kollektivin hər bir üzvünün potensialından düzgün istifadə olunmasına şərait yaradır. O, hər zaman bildirir ki, böyük nailiyyətlər ancaq komanda işinin nəticəsində mümkün olur. Onun rəhbərliyi ilə müəssisədə əməkdaşlar arasında sağlam mühit formalaşıb, qarşılıqlı hörmət və məsuliyyət əsas prinsiplərdən birinə çevrilib.
Müasir dövrdə tikinti sektoru sürətlə inkişaf edir, lakin bu sahədə rəqabət də olduqca güclüdür. «Körpü-Bina-Tikinti» MMC-nin bazarda etibarlı mövqeyini qoruyub saxlaması və yeni layihələrə imza atması məhz Xəlil Göyüşovun peşəkar və strateji yanaşmasının nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin əsas hədəflərindən biri qeyri-neft sektorunun inkişafı, xüsusən də infrastrukturun yenilənməsidir. Bu sahədə «Körpü-Bina-Tikinti» MMC mühüm rol oynayır. Xəlil Göyüşov öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətin müəyyən etdiyi xətt, Prezidentin inkişaf strategiyası hər bir iş adamı və rəhbər üçün yol xəritəsi olmalıdır.
Onun bu mövqeyi təsadüfi deyil. Xəlil Göyüşov dərk edir ki, dövlətin gücü ilə vətəndaşın sədaqəti birləşəndə daha böyük uğurlar əldə olunur. Bu baxımdan o, həm müəssisəsinin fəaliyyətində, həm də şəxsi həyatında dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilir.
Xəlil Göyüşovun fəaliyyəti yalnız biznes maraqları ilə məhdudlaşmır. O, hər zaman sosial məsuliyyət daşıyan rəhbər kimi çıxış edir. Şəhid ailələrinə, müharibə veteranlarına, aztəminatlı ailələrə dəstək göstərmək onun həyat tərzinə çevrilib. Çox zaman bu yardımlar geniş ictimaiyyətə açıqlanmadan həyata keçirilir, çünki Xəlil Göyüşov xeyirxahlığı nümayiş üçün deyil, vicdanın tələb etdiyi bir borc olaraq görür.
Onun təşəbbüsləri nəticəsində bir sıra ailələrin sosial vəziyyətləri yaxşılaşdırılıb, təhsil alan gənclərə dəstək göstərilib, müxtəlif xeyriyyə layihələri həyata keçirilib. Bu yanaşma onun əsl vətəndaş mövqeyini nümayiş etdirir.
Müasir iş dünyasında uğur qazanmaq üçün sadəcə iqtisadi bilik və bacarıqlar kifayət etmir. Burada dürüstlük, prinsipiallıq, sözündə və əməlində bütövlük əsas amillərdəndir. Xəlil Göyüşov bu keyfiyyətləri ilə seçilir. Onun rəhbərliyi ilə həyata keçirilən bütün layihələr şəffaflıq, keyfiyyət və məsuliyyət prinsiplərinə əsaslanır.
İş icrasında yüksək keyfiyyət, vaxtında təhvil, insanlara qarşı düzgün münasibət – bütün bunlar «Körpü-Bina-Tikinti» MMC-ni cəmiyyətin etibar etdiyi bir quruma çevirib. Xəlil müəllim daim işçilərinə də bu prinsipləri aşılayır və bildirir ki, hər bir layihə sadəcə tikili deyil, həm də gələcək nəsillərə miras qalacaq dəyərdir.
Əsl rəhbər olmaq təkcə idarəçilik bacarığı demək deyil, həm də insanları arxasınca aparmaq, onların etimadını qazanmaqdır. Xəlil Göyüşov məhz bu xüsusiyyətləri ilə seçilir. Onun rəhbərlik üslubu demokratik yanaşmaya əsaslanır. O, işçilərin fikirlərini dinləyir, təklifləri dəyərləndirir, hətta ən kiçik əməkdaşın da ideyasını vacib hesab edir.
Bu yanaşma kollektivdə həmrəyliyi gücləndirir, əməkdaşların öz işinə daha məsuliyyətlə yanaşmasını təmin edir. İnsanlar rəhbərlərinin ədalətli, obyektiv və qayğıkeş olduğunu görəndə, onlar da işlərini vicdanla yerinə yetirirlər.
«Körpü-Bina-Tikinti» MMC-nin imza atdığı layihələr ölkənin infrastrukturunun inkişafına böyük töhfə verir. Müxtəlif regionlarda həyata keçirilən yol, körpü, bina və digər mühüm tikinti işləri ölkənin simasının dəyişməsinə, vətəndaşların gündəlik həyatının yaxşılaşmasına xidmət edir. Bu layihələr həm də yeni iş yerlərinin açılmasına səbəb olur, bölgələrin sosial-iqtisadi inkişafına dəstək verir.
Xəlil Göyüşov hər zaman çalışır ki, həyata keçirilən layihələrdə keyfiyyət və davamlılıq əsas meyar olsun. Çünki bu işlər sadəcə bu gün üçün deyil, həm də gələcək üçün nəzərdə tutulur.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Xəlil Göyüşov üçün ən böyük dəyər insanlığa xidmət etməkdir. O, sadəliyi, səmimiyyəti və humanist münasibəti ilə insanların rəğbətini qazanıb. Vəzifəsindən, imkanlarından asılı olmayaraq, insanlara qarşı münasibətdə təvazökar davranışı ilə seçilir.
Bu xüsusiyyətlər onu cəmiyyət arasında hörmətli, etibarlı və sevilən bir şəxsiyyətə çevirib. O, hər zaman bildirir ki, insan gərək harada olur-olsun, kimliyindən asılı olmayaraq, dürüst və təmiz qalsın – əsl vətəndaş olmağın yolu da buradan keçir.
«Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun həyat və fəaliyyət yolu göstərir ki, əsl peşəkarlıq yalnız bilik və bacarıqlardan ibarət deyil. Burada vətənə, dövlətə sədaqət, insanlara sevgi, dürüstlük və sosial məsuliyyət də vacibdir.
O, öz fəaliyyəti ilə sübut edib ki, Azərbaycan cəmiyyətinə xidmət etmək hər bir vətəndaşın borcudur. Onun rəhbərlik etdiyi müəssisənin uğurları, həyata keçirilən sosial layihələr və şəxsi keyfiyyətləri göstərir ki, Xəlil Göyüşov təkcə işinin peşəkarı deyil, həm də əsl vətəndaşdır.
Bu gün Azərbaycan tikinti sektorunda nümunə göstəriləcək simalardan biri məhz Xəlil Göyüşovdur. Onun fəaliyyətində dövlətə sədaqət, xalqa xidmət və insanlara qayğı əsas dəyərlər kimi ön planda dayanır. Belə insanlarla fəxr etmək, onları örnək kimi göstərmək hər birimizin borcudur.
İlhamə Məhərrəmqızı
Baş redaktor