Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq
Azərbaycanın müasir inkişaf yolunda hər bir sahənin özünəməxsus rolu vardır. Dövlətçiliyin güclənməsi təkcə siyasi və hərbi sahələrdə deyil, həm də iqtisadiyyat, sosial rifah, biznes etikası və milli-mənəvi dəyərlərə sadiqlik fonunda reallaşır. Bu baxımdan ölkənin qabaqcıl şirkətlərindən biri olan “Embawood” yalnız istehsal müəssisəsi kimi deyil, həm də sosial məsuliyyət daşıyan böyük bir qurum kimi fərqlənir. Şirkətin uğurlarında və cəmiyyətə göstərdiyi töhfələrdə isə əhəmiyyətli pay sahibi məhz Müşahidə Şurasının sədri Elşad Abbasovdur. O, fəaliyyətində sadəcə biznes maraqlarını deyil, həm də dövlətçilik maraqlarını ön plana çəkən, milli maraqlara sədaqəti ilə tanınan bir şəxsiyyətdir.
Müstəqillik illərində Azərbaycanın iqtisadi dirçəlişində özəl sektorun rolu danılmazdır. “Embawood” şirkəti bu prosesdə ön sıralarda yer alaraq həm daxili bazarın inkişafına, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfələr verib. Şirkətin fəaliyyəti nəticəsində minlərlə vətəndaş daimi iş yeri ilə təmin olunub, regionlarda yeni istehsal sahələri yaradılıb.
Elşad Abbasovun rəhbərlik etdiyi Müşahidə Şurası şirkətin uzunmüddətli strategiyasını dövlətin iqtisadi siyasəti ilə uzlaşdıraraq həyata keçirir. Onun rəhbərliyi altında “Embawood” yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı məhsul buraxılışı və ixrac yönümlü istehsal sahələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görüb.
Elşad Abbasovun fəaliyyətində ən mühüm xüsusiyyət onun dövlətə və dövlətçiliyə sadiqliyidir. Bu sədaqət yalnız sözlərlə ifadə edilən mövqe deyil, həm də əməli işlərdə öz təsdiqini tapır. O, ölkə Prezidentinin müəyyənləşdirdiyi iqtisadi və sosial siyasətin sadiq dəstəkçilərindəndir.
Azərbaycanın dayanıqlı inkişafını təmin etmək üçün dövlət-özəl sektor əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Elşad Abbasov bu əməkdaşlığı yalnız formal bir proses kimi deyil, milli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirir. Onun rəhbərliyi ilə şirkət daim dövlətin sosial layihələrinə qoşulur, dövlətçilik maraqlarını prioritet sayır.
Müasir dünyada hər bir iri şirkətin uğuru yalnız iqtisadi göstəricilərlə ölçülmür. Sosial məsuliyyət, vətəndaşlara diqqət, şəhid ailələri, qazilər və aztəminatlı təbəqəyə qayğı şirkətlərin cəmiyyətdə qazandıqları hörməti daha da artırır. “Embawood” bu sahədə nümunəvi fəaliyyət göstərən müəssisələrdəndir.
Elşad Abbasov daim vurğulayır ki, milli həmrəylik olmadan iqtisadi uğurlar davamlı ola bilməz. Buna görə də şirkət rəhbərliyinin təşəbbüsü ilə mütəmadi olaraq şəhid ailələrinə, müharibə veteranlarına, aztəminatlı ailələrə yardım kampaniyaları həyata keçirilir. Bu, onun şəxsi vətəndaşlıq mövqeyinin və dövlətə sədaqətinin bariz nümunəsidir.
Azərbaycan dövlətçiliyi əsrlərin sınağından keçmiş, xalqımızın müstəqillik iradəsinə söykənən böyük bir dəyərdir. Bu dəyərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi hər bir ziyalının, sahibkarın və vətəndaşın borcudur. Elşad Abbasov bu borcu dərindən dərk edən şəxslərdəndir.
Onun dövlətçilik düşüncəsi yalnız iqtisadi sferada deyil, həm də milli-mənəvi dəyərlərin qorunması istiqamətində özünü göstərir. Şirkətin reklam siyasətində, ictimai fəaliyyətində milli kimliyimiz, adət-ənənələrimiz və Azərbaycan reallıqları daim ön plandadır.
Elşad Abbasovun uğurları təkcə şəxsi bacarığı ilə deyil, həm də onun yaratdığı peşəkar komanda ilə bağlıdır. O, liderlik keyfiyyətləri ilə seçilən, müasir idarəetmə üsullarını tətbiq edən, eyni zamanda kollektivdə sağlam mühit formalaşdıran bir rəhbərdir. Onun rəhbərliyi altında “Embawood” sadəcə istehsal müəssisəsi deyil, həm də peşəkarlıq məktəbinə çevrilib.
Onun iş fəlsəfəsi aydındır: dövlətə sədaqət, xalqa xidmət və işində peşəkarlıq. Bu prinsip həm şirkətin fəaliyyətində, həm də onun şəxsi nümunəsində aydın şəkildə görünür.
Azərbaycanın son illərdə əldə etdiyi ən böyük tarixi qələbə – 44 günlük Vətən müharibəsində iş adamlarının dövlətə və orduya dəstəyi xüsusi önəm daşıyırdı. Bu dəstək yalnız maddi yardımla məhdudlaşmır, həm də mənəvi həmrəylik, dövlət başçısının apardığı siyasətə dəstək şəklində özünü göstərirdi.
Elşad Abbasov da bu dövrdə dövlətçiliyə sədaqətini əməli işlərlə sübut etdi. Onun rəhbərlik etdiyi şirkət ordumuza dəstək göstərdi, şəhid ailələrinin yanında oldu. Bu, onun milli məsuliyyət hissinin və dövlətə bağlılığının bariz ifadəsi idi.
Müasir biznes mühitində uğurun əsas şərtlərindən biri də innovasiyalara açıq olmaqdır. Elşad Abbasov bu sahədə də örnək bir yanaşma sərgiləyir. Onun rəhbərliyi ilə “Embawood” istehsalda müasir texnologiyaları tətbiq edir, beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırır.
Amma bütün bu yeniliklərin mərkəzində bir əsas prinsip dəyişməz qalır: dövlətin inkişafı ilə ayaqlaşmaq, dövlətçiliyin möhkəmlənməsinə töhfə vermək.
Elşad Abbasovun fəaliyyəti sübut edir ki, dövlətə sədaqət andı yalnız dövlət qulluqçularının deyil, həm də bütün sahibkarların, ziyalıların, sadə vətəndaşların borcudur. O, öz həyatı və fəaliyyəti ilə göstərir ki, biznes yalnız qazanc gətirməklə kifayətlənməməlidir; biznes həm də cəmiyyətə, dövlətə, insanlara xidmət etməlidir.
Embawood şirkətinin Müşahidə Şurasının sədri kimi onun gördüyü işlər, yaratdığı dəyərlər və göstərdiyi vətəndaşlıq mövqeyi onu dövlətə və dövlətçiliyə sadiq insan kimi tanıdır. Bu sadiqlik isə gələcək nəsillərə örnəkdir.
İlhamə Məhərrəmqızı
Baş redaktor