28-04-2025, 18:31 Oxunub: 2174

Təbrik edirik!

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinə yeni I müavin təyin edilib.

 Report-un məlumatına görə  bu vəzifə Samir Hümbətova həvalə olunub.

O, indiyə qədər sədrin müavini olub və birinci müavin postunda bir qədər əvvəl Maliyyə Nazirliyinin aparat rəhbəri təyin edilmiş Natiq Həsənovu əvəz edib.

Samir Hümbət oğlu Hümbətov 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır.
2002-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri vəzifələrində çalışıb.
2018-ci ildə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri, şöbə rəisi vəzifələrində çalışıb.
2019-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi vardır.
2021-2025-ci illərdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Evlidir, 1 övladı var. 

Redaksiyamızın köllektivi adından bu yüksək vəzifəyə təyin olunduğu münasıbətilə jurnalistlərin dostu cox hörmətli Samir Hümbətovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə

"Qanun və Kriminal" qəzetinin baş redaktoru İlhamə Məhərrəm qızı 


PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Gündəm / Sosial Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir Gündəm / İqtisadiyyat
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova