25-04-2025, 09:38 Oxunub: 2175

Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı

Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin yenidən formalaşdırılması, yararsız tibbi avadanlıqların yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, son dövrlər bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən daha bir yenilik Sabunçu Tibb Mərkəzi ilə bağlıdır.

Mərkəzdə ilk dəfə Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb.

10 çarpayıdan ibarət yeni şöbə zəruri və müasir tibbi avadanlıqlarla təchiz olunub. Şöbədə üz-çənə travması və patologiyaları olan pasiyentlərin müayinə və müalicəsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Üz-çənə cərrahiyyəsi üçün istifadə olunan tibbi sərfiyyat – titan mini lövhələr, vidalar, o cümlədən fiziodispenser (elektrikli motor) və digər lazımi avadanlıqlarla təchiz olunan şöbədə icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun olaraq, üz-çənə cərrahiyyəsinə aid bütün növ tibb xidmətlərinin göstərilməsi mümkündür.

Üz-çənə cərrahiyyəsi şöbəsində ilk cərrahi əməliyyat da uğurla icra olunub. 2002-ci il təvəllüdlü pasiyent (kişi) üzərində ikitərəfli sagittal split osteotomiya (Bilateral Sagittal Split Osteotomy) və lefort I osteotomiyası əməliyyatı həyata keçirilib. Hazırda şöbədə pasiyentin müalicəsi davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

Yeni şöbənin açılması Sabunçu Tibb Mərkəzində vətəndaşlara göstərilən xidmətlərin sayına, tibbi xidmətə əlçatanlığın genişləndirilməsinə və eləcə də ixtisaslı xidmətlərin çeşidliliyinin artmasına xidmət edir.

Qeyd edilib ki, TƏBİB tibb müəssisələrində səhiyyə infrastrukturunun yenidən formalaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Gündəm / Sosial Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO Mədəniyyət MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür Gündəm Oktyabrın 20-si Energetiklər Günüdür Oktyabrın 20-si Energetiklər Günüdür Gündəm / İqtisadiyyat
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov