25-04-2025, 09:35 Oxunub: 2137

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, aprelin 24-də K.Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Azərbaycan incəsənət ustalarının təqdimatında caz musiqisi axşamı keçirilib.

Konsertdən öncə çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Timurlan Ajımaliyev mədəniyyət günlərinin uğurla reallaşması münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib. O, qarşılıqlı mədəniyyət günlərinin qardaş xalqlarımızı daha da yaxınlaşdırdığını bildirib.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə Qırğızıstan hökumətinə və tamaşaçılara minnətdarlığını bildirib. Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov Azərbaycan və Qırğızıstan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd edib ki, iki ölkənin liderləri qardaş xalqlarımızın birliyi və bərabərliyi üçün böyük səy göstərirlər.
Səfir də Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin rəhbərliyinə təşəkkür edib.

Çıxışlardan sonra səhnə musiqiçilərimizin ixtiyarına verilib.
Cazmenlər Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas-gitara) və Eyvaz Həşimov (zərb aləti) A.Məlikovun "Güllərim", T.Quliyevin "Sən mənimsən" və "Qəmgin mahnı", D.Reevesin "Tango", E.Məmmədzadənin "Mikayılın rəqsi", J.Bizenin "Karmen" operasından musiqi, V.Mustafazadənin "Bahar" əsərlərini və "Yallı" Azərbaycan xalq rəqsini yüksək peşəkarlıqla ifa ediblər.

Musiqiçilərin məharətli çıxışı Azərbaycan caz sənətinin köklü ənənələri olduğunu tamaşaçılara nümayiş etdirib.
Filarmoniyanın zalını dolduran tamaşaçılar konsertdən böyük zövq alıblar. Onlar bunu sürəkli alqışları ilə də nümayiş etdiriblər.

Bununla da, ulu türk yurdu Qırğızıstanda dörd gün davam edən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng proqramı ilə qardaş xalqın yaddaşında silinməz iz qoyub.

Beynəlxalq Gənclər Günü münasibətilə “YouthLand23” tədbiri keçirilib Beynəlxalq Gənclər Günü münasibətilə “YouthLand23” tədbiri keçirilib Gündəm / Sosial Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblər Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblər Gündəm Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO Gündəm / Siyasət Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO Gündəm / Siyasət Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov