8-07-2025, 14:22 Oxunub: 2132

Hikmət Hacıyevdən Rusiya açıqlaması

Rusiya bizim qonşumuzdur. Onunla mehriban qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibət qurmaq təkcə Azərbaycan üçün deyil, dünyanın hər bir ölkəsi üçün bir nömrəli prioritetdir. Eyni şey Ukraynaya da aiddir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibəsində deyib.

“Özünüz çox yaxşı bilirsiniz ki, Sovet İttifaqı dövründə ruslarla və ukraynalılarla eyni dam altında yaşayırdıq. Bizi hər iki ölkə ilə uzunmüddətli münasibətlər bağlayır. Biz münasibətləri Sovet İttifaqının dağılmasından sonra da davam etdiririk. Bir çox azərbaycanlı həm Rusiyada, həm də Ukraynada yaşayır. Çoxlu qarışıq evliliklərimiz var. Beləliklə, bu gün orada baş verənlər həqiqətən böyük faciədir. Televiziyada və ya internetdə orada davam edən münaqişədən faciəli mənzərələrr görəndə sözün əsl mənasında azərbaycanlıların ürəkləri parçalanır.

Eyni zamanda, mən daha bir şeyi vurğulamalıyam – siyasətimizin əsas təməl daşı ərazi bütövlüyünün tamamilə toxunulmaz prinsipidir. Ölkəmiz keçmişdə bu prinsipin pozulmasından çox əziyyət çəkib. Ona görə də biz başqa ölkələrin ərazi bütövlüyünün qorunmasını birmənalı dəstəkləyirik. Ancaq eyni zamanda, rusiyalılarla ukraynalılar arasında hərbi qarşıdurmaya hər hansı şəkildə müdaxilə etməkdən uzağıq.

Bu münaqişədə hər hansı bir hərbi komponentin tədarükündən təhlükəsiz məsafə saxlayırıq. Biz ancaq Ukraynada ilk növbədə, ən çox əziyyət çəkən uşaqlara humanitar yardım göstəririk. Həmçinin elektrik generatorları kimi bəzi zəruri avadanlıqlarla da təmin edirik. Heç bir şəkildə hərbi yardımda iştirak etmirik, bu cür hərəkətlərin heç birinin bir hissəsi deyilik. Həm də ona görə ki, biz bloklara qoşulmayan ölkələrə aidik”.

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Gündəm Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova