22-12-2024, 22:51 Oxunub: 2209

PƏNCƏRƏLƏR


Pəncərələr yaşla dolu kimə baxır, görəsən ?

Kimin üçün azadlıqdır, kimin üçün qənimdir.

Sənin də azadlığın burdan keçir biləsən,

Bəlkə də pis sabahlar, ən gözəl dünənindir.

 

Nə qədər ümid etsək, gəlməyəcək o günlər,

Həyat uğur yolunda bitirər kolu, kosu.

Baxır uzaqdan bizə doğmayacaq günəşlər,

Baxır uzaqdan bizə məsum ömür, doğrusu.

 

Kimi çörəyə həsrət, kimi işığa, suya,

Kimi ölüm arzular, kimi dirilmək dilər.

Kiminin ürəyində deyilməmiş dərdi var,

Kiminin əllərində açılmamış çiçəklər.

 

2021

 

TƏNHALIĞIN ELEGİYASI

 

Sıxır ürəyimi tənhalıq yenə,

Pəncərə ruhuma səpilir yağış.

Bezdim bu yolların, bu küçələrin,

Əlindən getməmiş, uçub, qaçmamış,

Bir ölüm haqlayar, bir ölüm məni.

Yığıla dünyanın bütün sevinci,

Gəlib qabağımda dura, nə fayda?!

Mənəm xoşbəxtlikdə sondan birinci.

Baxım aynalara, qalıb o tayda.

Güzgülər əlimdə paralanmamış,

Bircə görə bilim, səni bu tayda.

Sarılır fikirlər ümid qoluna

O qol quruyacaq elə deyilmi?

Üzümün hirsinə, qırışlarına,

Bu acı həftələr batan deyilmi?

Darıxır ayağım, ayaqqabım da

O yollar, cığırlar, skamyalar da

Onlar da pas atıb, alaq almamış,

Tərpənim, bir gedim, bir görüm yəni.

 

2021

 

ÜMİD

 

Arzular asıldı dar ağacından,

Gülüşüm boğuldu quruda, suda.

Hələ də umuram nəsə həyatdan,

Ümidim kədərə məğlub olsa da.

 

2024

Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva Gündəm / Mədəniyyət Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim