12-10-2025, 19:35 Oxunub: 2170

Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi

Redaksiyamıza daxil olan ərizəni olduğu kimi dərc edirik:

 

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov Cənabına.

 

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-Mədən ərazisi, fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu tərəfindən

Əlaqə tele :(051) 904-28-73

 

           ŞİKAYƏT ƏRİZƏSİ

 

Hörmətli Vilayət müəllim !

Bu yaxınlarda, 15 sentyabr 2025-ci il tarixdə, saat 8-41-də, çoxdan tanıdığım və səmimi dostluq etdiyim Sahib Saleh oğlu Həsənovdan Facebook səhifəsində mesangerdə belə məzmunda mesaj aldım. "Salam necəsən qardaş, Xoş gördük". Doğrusu çoxdan əlaqəmiz olmadığı  Sahib müəllimdən belə bir mesaj almağım məni çox sevindirdi. Təcili cavab yazdım. Kef-hal yazışmasından sonra gördüm ki, yazdı :-"Sizə bir işim düşmüşdü utandım amma deməyə". Bu sözdən sonra aramızda illərlə davam edən səmimiyyətə söykənib,-"bu nə sözdü Sahib müəllim" - deyib cavab yazıb, onu narahat edən məsələni mənə yazmasını gözlədim. O, məndən xahiş etdi ki, bəs, -"həkimə 100 (yüz) manat pul ödəməliyəm, utandım sənə deməyə". Mən kömək etmək, ona pul göndərmək üçün kart nömrəsin istədim. Sahib müəllim adından istifadə edən həmin adam mənə, 4169 7388 1932 3589 nömrəli guya hansısa  həkimin kart nömrəsin göndərdi". Mən, özünə yazdım ki, - "indi 50 (əlli) manat göndərərəm"- deyib, tələsik gedib ödəniş aparatından 50( əlli) manat həmin karta  ödədim. Ödənişi edib gələndən sonra bundan şübhələndim. Gördüm ödəniş etmək üçün göndərdiyi kart nömrəsini silib. Sahib müəllimin telefonumda nömrələrin axtardım, silindiyin gördüm. Həmdə içimdə bir şübhəli inam formalaşdı ki, axı Sahib müəllim bunu etməz...? Sonra onun səhifəsinə girib zəng etdim, danışdım, başverənləri dedim. Sahib müəllim onun adından digər dostlarında bu üsulla aldadıldığını bildirdi.


Hörmətli Cənab Nazir !

Bu kimi insanların hörmətli şəxslərin adından istifadə edib, dələduzluqla insani münasibətlərdə yaranan hissləri ilə oynaması baxışlanılmaz bir hərəkət olduğun başa düşüb, Sizdən Xahiş edirəm.

Bu dələduza qarşı tədqiqat işi aparılsın, tapılıb ortalığa çıxarılsın, dəymiş ziyan ödənilsin və qanunlaramüvafiq məsuliyyətə cəlb edilsin.

Sizdən artıq dərəcədə xahiş edirəm.

Hörmətlə,

 

Elxas Comərd,

şair - publisist,

AYB-nin üzvü.

22.09.2025 - ci il.

PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI Gündəm / Sosial MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO Mədəniyyət Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Gündəm
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov